Accessibility links

Banqladeş tornado - 20 ölü


Bangladesh
Bangladesh
Banqladeşin qərb bölgələrinin rəsmiləri deyir ki, regionda 12 kəndin tornadonun təsirinə məruz qalması nəticəsində 20 nəfər həlak olub, 200-dən çox insan yaralanıb.

Yerli rəsmilər deyir ki, dünən baş vermiş tornado nəticəsində ölənlərin sayı arta bilər.

Tornado yüzlərlə ev və mağazanı dağıdıb, ağacları qırıb və elektrik dirəklərini aşırıb.
XS
SM
MD
LG