Accessibility links

ABŞ Baqram hərbi həbsxanasında saxlanılan 14 pakistanlını təhvil verib


Pakistan rəsmiləri Birləşmiş Ştatların Əfqanıstanda Baqram hərbi həbsxanasında saxlanılan 14 pakistanlını təhvil verdiyini bildirib.

Xarici İşlər nazirliyinin sözçüsü Tasnim Aslam İslamabadda Amerikanın Səsinə saxlanılanların şənbə günü təhvil verildiyini bildirib. Onun sözlərinə görə, azad edilmiş pakistanlı məhbuslar Pakistana gətirilib. O, Baqramda nə qədər pakistanlı məhbusun saxlandığı haqda hələlik informasiyanın olmadığını bildirib.

Məhbusların ailə üzvləri və vəkillər də Beynəlxalq Qırmızı Xaç komitəsi tərəfindən onların azad edildiyinə dair təsdiq aldıqlarını bildiriblər.

Lahorda yerləşən hüquqi yardım təşkilatı Pakistan Hüquq Layihəsi Baqram həbsxanasında saxlanılan məhbusların ailələrini təmsil edir. Təşkilat ABŞ hərbi qüvvələrinin son 10 ay ərzində 39 pakistanlı məhbusu azad etdiyi haqda məlumat verib. Təşkilatın bildirdiyinə görə, Pakistan rəsmiləri onların adlarını və harada olduğu haqda hələlik məlumat verməyib.

ABŞ hərbi qüvvələrinin Əfqanıstandan çıxarılması prosesinin bir hissəsi olaraq rəsmi Vaşinqton Kabildən şimalda yerləşən Baqram həbsxanasının bağlanması səylərini artırır.

XS
SM
MD
LG