Accessibility links

Bəşar Əl-Əsəd: Vandalizm ölkədə islahatları imkansız edə bilər


Bəşar Əl-Əsəd: Vandalizm ölkədə islahatları imkansız edə bilər
Bəşar Əl-Əsəd: Vandalizm ölkədə islahatları imkansız edə bilər

Suriya prezidenti Bəşar Əl-Əsəd deyib ki, vandalizm ölkədə islahatları imkansız edə bilər. Milli televiziya ilə yayımlanan çıxışı zamanı prezident sabitlik olmadan heç bir inkişafa nail olunmayacağını bildirib. Əl-Əsəd Suriyanın konstitusiyasında islahatlar aparılması üçün xüsusi komitə təsis etdiyini deyib. Suriyanın dövlət başçısı bildirib ki, ölkənin üzləşə biləcəyi ən qorxulu şey iqtisadiyyatın zəifləməsi və ya dağılmasıdır. ABŞ Dövlət Deparatmenti Əsədi sözdə deyil, əməldə iş görməyə səsləyib. Bundan əvvəl Britaniyanın xarici işlər naziri Vilyam Haq Bəşar Əl-Əsədi ya islahatlar həyata keçirməyə, ya da istefa verməyə çağırmışdı. Suriyada mart ayından baş qaldıran iğtişaşlar nəticəsində 1400 mülki vətəndaş həlak olub, 10000 nəfər nəzarət altına alınıb. 10000-dən artıq qaçqın Türkiyədə sığınacaq tapıb.

XS
SM
MD
LG