Accessibility links

Barak Obama Amerikanın Liviyadakı hərbi missiyasını uğurlu adlandırıb


Barak Obama Amerikanın Liviyadakı hərbi missiyasını uğurlu adlandırıb
Barak Obama Amerikanın Liviyadakı hərbi missiyasını uğurlu adlandırıb

ABŞ prezidenti Barak Obama Amerikanın Liviyadakı hərbi missiyasını uğurlu adlandırıb. Həftəlik radio müraciəti zamanı prezident deyib ki, Liviyanın havadan müdafiə cəhdləri baş tutmur. Cənab Obamanın bügünkü müraciəti ABŞ və onun müttəfiqlərinin Liviyanın qeyri-üçüş zonasında mülki vətəndaşların müdafiəsi əməliyyatlarına başlamasının birinci həftəsinə təsadüf edir. ABŞ dövlət başçısı deyib ki, təkcə Amerika deyil, daha artıq dövlətin iştirakı ilə beynəlxalq ictimaiyyət sülh və sabitliyi bərqərar edə bilər. Barak Obama Washington Post-da Amerika və onun müttəfiqlərinin Liviya müxalifətini silahla təmin edəcəyinə dair məlumata münasibət bildirməyib. Bazar ertəsi ABŞ dövlət başçısının Ağ Evdə Liviya münaqişəsinə dair çıxışı gözlənilir.

XS
SM
MD
LG