Accessibility links

Prezident Obama: Azərbaycan kimi yerlərdə QHT-lərin fəaliyyətinə inanılmaz əngəllər yaradılır [Video]


Prezident Barak Obama Klinton Qlobal Təşəbbüsünün yığıncağında çıxış edir. 23 sentyabr, 2014.

Prezident Barak Obama Klinton Qlobal Təşəbbüsünün yığıncağında çıxış edir. 23 sentyabr, 2014.

“Rusiyadan tutumuş Çinə və Venesuelayadək amansız basqılar görürük, hökumətlər legitim fikir ayrılığını dövlətə xəyanət kimi dəyərləndirirlər. Azərbaycan kimi yerlərdə qanunlar QHT-lərin fəaliyyətini inanılmaz dərəcədə çətinləşdirir,” deyə prezident Barak Obama Klinton Qlobal Təşəbbüsünün illik sessiyasındakı nitqində bəyan edib.

Amerikanın Səsi Ağ Evin veb səhifəsinə istinadən bildirir ki, sivil cəmiyyətin inkişafına həsr olunmuş çıxışda ABŞ lideri avtoritar cəmiyyətlərdə müxalif fikir daşıyan insanların, fəalların məqsədyönlü şəkildə hədəf alındığını bildirib. Onun sözlərinə görə bu növ basqılarla rejimlər cəmiyyətin inkişafının qarşısını alır, onları azadlıqdan məhrum edir, və insanların rifahına əngəl olurlar.

Hakimiyyəti atası Heydər Əliyevdən miras almış İlham Əliyevin hakimiyyəti dönəmində Azərbaycanda insan haqlarının durumu pisləşib.

Hakimiyyəti atası Heydər Əliyevdən miras almış İlham Əliyevin hakimiyyəti dönəmində Azərbaycanda insan haqlarının durumu pisləşib.

Həbs olunan sivil cəmiyyət fəallarının dərhal azadlığa buraxılmasına səsləyən prezident Obama sivil cəmiyyətə basqıları demokratiyaya hücum kimi dəyərləndirib. “Demokratiyanı gücləndirmək üçün daha güclü kampaniyaya ehtiyac var,” deyə o bildirib.

İnsan haqları və demokratiyanın ABŞ milli maraqlarının təməl prinsipləri olduğunu vurğulayan prezident Obama yalnız bu prinsipə hörmət edən ölkələrin ABŞ-la yaxın münasibətlər saxlaya biləcəyini deyib.

“O ölkələr ki, insan haqlarına – təşkilatlanma azadlıqlarına hörmət edirlər – onlar bizim ən yaxın tərəfdaşlarımız olurlar. Bu, təsadüf deyil. Eyni zamanda o ölkələrdə ki, bu haqlar tapdanır, o cəmiyyətlərdə hiddət və ədalətsizlik hissi alovlanır ki, bu da sonda qeyri-sabitliyə yaxud ekstremizmə gətirib çıxara bilər. Odur ki, mən inanıram ki, Amerikanın sivil cəmiyyətə dəstəyi milli təhlükəsizlik məsələsidir."

Həbsdə saxlanılan görkəmli insan haqları fəalı Leyla Yunus kamerada fiziki basqılara məruz qalır.

Həbsdə saxlanılan görkəmli insan haqları fəalı Leyla Yunus kamerada fiziki basqılara məruz qalır.

Son aylarda Azərbaycan sivil cəmiyyətə qarşı basqılar vüsət alıb. Həbs olunanlar sırasında görkəmli hüquq müdafiəçiləri Leyla və Arif Yunus, habelə sivil cəmiyyət fəalları Anar Məmmədli, Rəsul Cəfərov, İntiqam Əliyev və onlarla başqaları yer alıb. Beynəlxalq hüquq təşklilatları və Avropa qurumları İlham Əliyev hökumətini qondarma ittihamlarla həbs edilən şəxsləri dərhal azadlığa buraxmağa çağırıb. Azərbaycan hökuməti bu çağırışlara məhəl qoymur.

Mötəbər Freedom House təşkilatının prezidenti David Kramer Azərbaycanda vüsət alan basqıları "ölkə müstəqillik qazanandan bəri ən şiddətli basqılar" kimi qiymətləndirib.

Azərbaycanda sivil cəmiyyət fəalları və müxalifət üzvləri əksər hallarda narkotika, silah gəzdirmək, xuliqanlıq, vergidən yayınma və siyasətə dəxli olmayan müxtəlif ittihamlarla həbs olunurlar.

XS
SM
MD
LG