Accessibility links

Barak Obama Bin Ladenin evinə reyd keçiriən xüsusi təyinatlı qüvvələrin üzvləri ilə görüşür


Barak Obama Bin Ladenin evinə reyd keçiriən xüsusi təyinatlı qüvvələrin üzvləri ilə görüşür
Barak Obama Bin Ladenin evinə reyd keçiriən xüsusi təyinatlı qüvvələrin üzvləri ilə görüşür

ABŞ prezidenti Barak Obama bu gün Kentukki ştatında Bin Ladenin evinə reyd keçiriən xüsusi təyinatlı qüvvələrin üzvləri ilə görüşüb, onlara şəxsən təşəkkürünü bildirəcək. Prezident Üsama Bin Ladenin öldürüldükdən sonra çəkilən şəkillərinin ictimaiyyətə açıqlanmaması qərarına gəlib. Barak Obama milli təhlükəsizliyi riskə almaq və zorakılıqlardan ehtiyat edir.

Əl-Qaidə bu gün Üsama Bin Ladenin öldürüldüyünü təsdiq edib. Terror şəbəkəsinin bu haqda bəyanatı cihadların internet forumunda açıqlanıb. Bəyanatda Amerika və onun müttəfiqlərinə qarşı hücumların davam etdiriləcəyinə söz verilir və Bin Ladenin öldürülməsindən bir həftə əvvəl çəkildiyi videonun nümayiş etdirləcəyi bildirilir. Əl-Qaidə müsəlmanları Bin Ladenin intiqamını almağa çağırır.

ABŞ rəsmiləri Üsama Bin Ladenin evində aşkar edilən sənədlərə əsasən Əl-Qaidənin 11 sentyabr terror aksiyalarının 10-cu ildönümü Amerikaya qarşı hücum planlaşdırdığını bildirib. Daxili Təhlükəsizlik Nazirliyinin məlumatında hücumların ABŞ-ın dəmir yol sistemini hədəf alacağı deyilir.

XS
SM
MD
LG