Accessibility links

Prezident Obama xarici siyasət məsələlərində Respublikaçı Konqreslə üzləşir [Video]


Respublikaçılar Ağ Evin Kuba və İran siyasətindən razı deyillər.

Gələn həftə qanunvericilər məzuniyyətdən döndükləri zaman Respublikaçıların nəzarət etdiyi yeni ABŞ Konqresi qlobal qaynar nöqtələr və ABŞ-ın orada baş verən hadisələrə reaksiyası ilə bağlı müzakirələr aparacaq. Ukrayna və Yaxın Şərqdə baş verən hadisələr, həmçinin prezident Barak Obamanın həyata keçirdiyi yüksək profilli təşəbbüslər qanunvericilərin gündəmində yüksək yer tutur.

Prezident beynəlxalq və milli təhlükəsizlik məsələləri ilə bağlı nəinki resuplikaçılar həmçinin demokratlarla da problem yaşaya bilər

İranın nüvə proqramı ilə əlaqəli beynəlxalq danışıqlar, konqres bərpa olunduqdan bir həftə sonra başlayacaq. Respublikaçı senator Bob Korker kimi skeptiklar danışıqların uğurla başa çatmadığı halda qanunvericilərin Tehrana qarşı ağır sanksiyalar tətbiq edəcəklərini bildirir.

“Konqres bir ildən sonra bu mövzu ilə əlaqəli bir şəkildə müzakirə aparmaq istəyəcək. Konqres İranla nüvə razılaşmasını irəli sürəcək.”

Konqresin İranın nüvə ambissiyaları ilə bağlı ehtiyyatı yeni deyil. Lakin bir neçə həftə öncə Konqresin prezident Barak Obama ilə ABŞ-ın Kuba ilə diplomatik əlaqələrin bərpa etməsi üzərində mübarizə aparacağı gözlənilmirdi.
ABŞ-ın Kubaya qarşı emabarqosunun aradan qaldırılması üçün konqresin icazəsi lazımdır. Senator Kardin isə bu addımı dəstəkləyir.

“Bizim Kuba ilə yenidən əlaqə qurmağımız üçün Konqres hərəkətə keçməlidir. Bu maraqlı debat olacaq.”

“Bu Konqres embarqonu qaldırmayacaq.”

Senator Marko Rubio debata hazırdır.

“Ağ Ev Havanaya qarşı çox güzəştə gedib, amma müqabilində heç nə almayıb. Onlar Kubanın rejiminindən ölkədə mətbuat azadlığı, söz azadlığının təmin olunması və ya azad seçkilərin keçiriləcəyi ilə bağlı söz almayıb.”

Politoloq Villiam Hovel Respublikaçıların konstruktiv tənqid təqdim etdiklərini göstərmək istədikləri bildirir.

“Bir tərəfdən onlar Obama administrasiyasının səhvlərini vurğulamaq istəyirlər. Digər tərəfdən isə ölkəni idarə etmək qüdrətinə sahib məsuliyyətli və püxtələşmiş siyasi partiya kimi görünmək istəyirlər.”

Konqresin hər iki palatasının nəzarətini ələ keçirən respublikaçılar prezidentin Ukraynadakı böhranın həllini həmçinin İraq və Suriyada fəaliyyət göstərən İslam Dövləti yaraqlılarına qarşı mübarizəsini daha çox tənqid edəcəklər.

Düşünürəm ki, ölkəmizin dünyada baş verənlərə kağız üzərindən pələng kimi reaksiya verməsi xalqımıza uzun-müddətli zərər yetirir

“Düşünürəm ki, ölkəmizin dünyada baş verənlərə kağız üzərindən pələng kimi reaksiya verməsi xalqımıza uzun-müddətli zərər yetirir."

Siyasi təhlilçinin sözlərinə görə, cənab Obama özünün mənsub olduğu demokratlar partiyası tərəfindən tənqidlərə qarşı sığortalanmayıb.

“Prezident beynəlxalq və milli təhlükəsizlik məsələləri ilə bağlı nəinki resuplikaçılar həmçinin demokratlarla da problem yaşaya bilər. ABŞ-ın yenidən qoşun göndərməsi ilə bağlı narahatçılıq yaşayan bir sıra demokrat var.”

Konqresin naratçılıqlarına baxmayaraq prezident Amerikanın dünyaya yardımında izini qoymaq istəyir. Son müsahibəsində cənab Obama, “mən diplomatiyaya inanıram. Dialoqa inanıram. Mən öhdəliyə inanıram,” deyə bildirib.

XS
SM
MD
LG