Accessibility links

Barak Obama: Azərbaycan Avropanın əsas qaz təchizatçısına çevriləcəkdir


ABŞ prezidenti Barak Obama

ABŞ prezidenti Barak Obama

ABŞ prezidenti Bakıda açılan neft-qaz sərgisinə məktub göndərib

ABŞ prezidenti Barak Obama Bakıda açılan 21-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və Konfransına məktub göndərib.

Məktubda deyilir:

“Bakıda 21-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və Konfransının açılışı münasibətilə Sizə və Azərbaycan xalqına səmimi salamlarımı çatdırıram.

Azərbaycan qlobal enerji təchizatına töhfə verilməsində önəmli rol oynayır və gələcək illərdə Avropanın əsas qaz təchizatçısına çevriləcəkdir. “Cənub” qaz dəhlizinin reallaşdırılması Azərbaycan ilə beynəlxalq tərəfdaşlar arasında gərgin iş və sıx əməkdaşlıq tələb edəcəkdir. Amerika Birləşmiş Ştatları sözügedən layihənin həyata keçirilməsini Avropanın qaz təchizatının genişləndirilməsi istiqamətində irəliyə doğru atılmış mühüm addım hesab edir və bu işə kömək etməyə hazırdır.

Ölkənizin enerji təchizatçısı kimi rolu iqtisadiyyatın şaxələndirilməsinə və qanunun aliliyinin gücləndirilməsinə imkan verəcək və Azərbaycan xalqının rifahını yaxşılaşdıracaqdır. Birləşmiş Ştatlar həmin məqsədlər istiqamətində davamlı əməkdaşlığımıza yüksək dəyər verir”, Obamanın məktubunda deyilir.
XS
SM
MD
LG