Accessibility links

Bəxtiyar Hacıyev: Qafqaz Universiteti güman ki, Türkiyənin xahişi ilə bağlanıb [Audio-Müsahibə]


İctimai fəal Bəxtiyar Hacıyev Azərbaycanın ən iri özəl ali tədris ocaqlarından olan Qafqaz Universitetinin Ali Neft Məktəbi nəzdinə köçürülməsi ilə bağlı Amerikanın Səsinin suallarını cavablandırıb. Universitetin qapadılmasının ölkədən xaricdə baş verən olaylarla əlaqəli olduğunu deyən Hacıyev dəyişikliklərin təhsilin keyfiyyətinə mənfi təsir göstərəcəyindən narahatdır.

please wait

No media source currently available

0:00 0:03:46 0:00

Müsahibədən çıxarışlar:

“Qafqaz Universitetinin ortada bir fakt olmadan, qanuna zidd heç bir əməl olmadan bağlanması məni iki səbəbdən üzdü. Birinicisi, Azərbaycanın bütün universitetlərinə müsbət nümunə olan universitetin bağlanması, ikincisi isə bu qərarın Azərbaycanın daxili prosesləri ilə bağlı olaraq yox, başqa bir ölkənin daxili siyasi çəkişməsi nəticəsində verilməsidir.”

Qafqaz Universiteti
Qafqaz Universiteti

“Təxminən 20 ildən artıq Azərbaycanda fəaliyyət göstərən, Fətullah Gülənə yaxın olan insanlar tərəfindən qurulmuş Qafqaz Universitetinin bağlanması çox güman ki, Türkiyə hökumətinin xahişi ilə həyata keçirilib. Azərbaycan hökuməti də bu xahişi təmin edib.”

“Təhsil və tədris siyasəti əvvəli kimi davam edə bilər. Universitetda sadəcə bu işə vəzifə gərəyi, gəlir bənbəyi və ya sıradan bir iş kimi yox, bir könül işi kimi yanaşma var idi. Uğurların kökündə məhz bu dayanırdı. Liseylər bağlandıqdan sonra biz eyni uğurları görə bilmirik. Fikirləşirəm ki, Qafqaz Universitetinin indiki rəhbərliyi dəyişsə, hətta müəllim və tələbə heyəti eyni, təhsil və tədris prosesi eyni qalsa da artıq əvvəlki keyfiyyəti görə bilməyəcəyik.”

“Heç bir tələbə müəllim və rəhbərliyinin ortada heç bir səbəb olmadan dəyişdirilməsinə razı ola bilməz. Tələbə etirazlarının nəticə verəcəyini düşünmürəm.”

“Əgər Türkiyə hökuməti Azərbaycan hökumətindən bu universitetin rəhbərliyində hər hansısa dəyişiklik edilməsini istəsə, bu, əlbəttə, təmin ediləcək. “

“Rəhbərlik dəyişsə əvvəki keyfiyyətin qalacağını düşünmürəm.”

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG