Accessibility links

İranda gənc bəhai 5 il həbs edilib


Səmin Ehsani
Səmin Ehsani

Tehran məhkəməsi Səmin Ehsanini milli təhlükəsizliyə qarşı çıxmada, bəhailikdə, bu din yolunda fəaliyyət aparmaqda, əfqan uşaqların təlimi ilə məşğul olmaqda təqsirli bilib.

İranda kimsəsiz və yoxsul uşaqların hüquqlarının müdafiəsi ilə məşğul olan gənc bəhai Səmin Ehsani 5 il müddətinə azadlıqdan məhrum edilib.
Səmin Ehsani 2011-ci ilin avqust ayında İranda təhsildən məhrum olan yoxsul əfqan uşaqların şəxsi təlimi ilə məşğul olduğuna görə tutulub bir ay təkadamlıq kamerada saxlanmış, 185 min dollarlıq mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılmışdı.
“Media forum” saytının məlumatına görə, Tehran məhkəməsi Səmin Ehsanini ölkənin milli təhlükəsizliyinə qarşı çıxmada, dövlət quruluşuna qarşı təbliğat aparmaqda, bəhailikdə, bu din yolunda fəaliyyət aparmaqda, eləcə də əfqan uşaqların təlimi ilə məşğul olmaqda təqsirli bilinib.
Beynəlxalq Amnistiya Təşkilatının hesabatına görə, hazırda İranda 300 min bəhai yaşayır. İran Konstitusiyası bəhai dinini bir din kimi tanımır. İran İslam Respublikası bərqərar ediləndən bu ölkədə 200-dən çox bəhai edam olunub.
XS
SM
MD
LG