Accessibility links

Belçika və Azərbaycan xarici işlər nazirləri Dağlıq Qarabağ və insan haqları da daxil olmaqla müzakirələr aparıb [Video]


Belçika və Azərbaycan xarici işlər nazirləri Dağlıq Qarabağ və insan haqları da daxil olmaqla müzakirələr aparıb
please wait

No media source currently available

0:00 0:03:00 0:00

Belçikanın 60-dan çox şirkəti Azərbaycanda işləmək istəyir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Avropa Şurası Nazirlər Komitəsinin sədri, Belçika Krallığının baş nazirinin müavini, xarici işlər, xarici ticarət və inkişafa yardım naziri Didier Reinderslə iki saatdan çox davam edən görüşündə ikitərəfli münasibətlər, regional məsələlər, Dağlıq Qarabağ münaqişəsi, Ukraynada durum, enerji, Cənub Qaz Dəhlizi, NATO ilə əlaqələr, Avropa İttifaqı qonşuluq siyasətinə daxil olan ölkələrin Riqa Sammiti, hava nəqliyyatı, viza, biznes əlaqələri, mədəniyyət sahəsində, insan hüquqları, həbsdə saxlanan insanlarla bağlı müzakirələr aparılıb.

Görüşdən sonra keçirilən mətbuat konfransında nazir Məmmədyarov bildirib ki, 60-dan çox Belçika şirkəti Azərbaycanda işləməkdə maraqlıdır.

Belçika şirkətləri Azərbaycanda enerji, Cənub Qaz Dəhlizi, hava nəqliyyatı, tikinti, səhiyyə və başqa sahələrdə işləmək istəyir. Eyni zamanda tərəflər iki ölkə arasında kiçik və orta biznes əlaqələrində maraqlı olduqlarını bildirib.

Elmar Məmmədyarov və Didier Reynders
Elmar Məmmədyarov və Didier Reynders

Məmmədyarov Azərbaycanın Avropa Şurası ilə də yüksək səviyyədə əməkdaşlıq etdiyini və bu əməkdaşlığı davam etdirəcəyini diqqətə çatdırıb.

“Mayın 18-də Brüsseldə Azərbaycan 3-lüyü (Üçlüyə AŞ Nazirlər Komitəsinin keçmiş, indiki və gələcək sədrləri daxildir. Azərbaycan Belçikadan əvvəl sədr olub) tərk edəcək.

O, Belçika əsgərlərinin NATİO xətti ilə Əfqanıstana Azərbaycan ərazisindəın keçdiyini deyib.

Məmmədyarov həmçinin Bakıda keçirləcək Avropa Oyunlarında iştirak edəcək 160 Belçika idmançısına uğurlar arzulayıb.

Belçika xarici işlər naziri bildirib ki, mayın 8-də Nazirlər Komitəsinin toplantısında tolerantlıq məsələləri müzakirə ediləcək.

“Biz dini radikalizmə qarşı mübarizədə əməkdaşlıq məsələlərini müzakirə edəcəyik”-deyə o qeyd edib.

Didier Reinders insan hüquqları sahəsində və həbsdə saxlanan insanlarla bağlı müzakirə apardığını da bildirib. “İnsan hüquqları sahəsində, fərdlərlə bağlı, həbsdə olan insanlarla bağlı müxtəlif qərarlar qəbul edilib. Avropa Şurasının vasitəçiliyi ilə bu sahədə dialoq yaradılmasını istəyirik”-deyə o qeyd edib.

Nazir həmçinin Avropa İttifaqı, NATO ilə gələcək münasibətləri də müzakirə edib. Onun fikrincə, ticarət əlaəqlərinin genişləndirilməsinə ehtiyac var.

Elmar Məmmədyarov və Didier Reynders
Elmar Məmmədyarov və Didier Reynders

“Bu zaman Rusiyanı da təcrid etmək lazım deyil. Azərbaycan Avropa İttifaqı və Rusiya ilə əməkdaşlıq etməlidir”.

Suallara cavabda E.Məmmədyarov bildirib ki, Riqa Sammiti tərəflər arasında əməkdaşlığı qiymətləndirməyə imkan verəcək.

“Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıq qurur. Enerji əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevlə Avropa Komissiyasının rəhbəri Joze Mannuel Barroza strateji tərəfdaşlıq haqqında saziş imzalayıb. Bu sənəd Cənub Qaz Dəhlizi və TAP layihəsinə dəstək verir. Hava məkanından istifadə və viza üzrə də düşünülməlidir. Biz bir çox sahələr üzrə də əməkdaşlıq aparırıq”-deyə o qeyd edib.

Nazir insan hüquqları ilə bağlı da müzakirələr aparıldığını deyib. Məmmədyarov Belçikalı müxbirin Azərbaycanda insan haqları ilə bağlı narahatlıqların artdığı və Avropa Oyunları qabağı həbsdə olanların azad edilməsilə bağlı sualına cavabda deyib:

“Burada ikili standarlar aparılır. Bir çox təşkilatlar yalnız Azərbaycanı görür. Qonşularımız və başqaları da var. Miqrasiya məsələləri qeyd edilir, amma münaqişə nəticəsində qaçqın düşmüş 1 milyon insan qeyd edilmir. İnsan Hüquqları Bəyannaməsinin birinci bəndinə diqqət göstərmək lazımdır. Ermənistan hərbi təcavüz nəticəsində bir milyon insanı didərgin salmaqla İnsan Hüquqları Bəyannaməsinin 1-ci bəndini pozub. İnsan hüquqları ilə bağlı məsələyə gəlincə, onlar qanunlara riayət etmədiklərinə, vergidən yayındıqlarına görə məsuliyyətə cəlb edilib. Bunun isə insan hüquqları ilə əlaqəsi yoxdur. Jurnalistlər bir milyon insanın həyatı ilə bağlı informasiya yaymalıdır”-deyə o qeyd edib.

XS
SM
MD
LG