Accessibility links

Bələdiyyə seçkiləri başa çatıb


Bələdiyyə seçkiləri
Bələdiyyə seçkiləri

Azərbaycanda keçirilən bələdiyyə seçkiləri saat 19.00-da başa çatıb. Seçki dairələrindən Mərkəzi Seçki Komissiyasına (MSK) daxil olan məlumatlara əsasən, 4 milyon 819 min 382 seçicidən 1 milyon 876 min 14 nəfəri səsvermədə iştirak edib.

MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, ilkin nəticələrə görə, bu ilki bələdiyyə seçkilərində seçici fəallığı 38,93 faiz təşkil edib.

R.Gülməmmədov vurğulayıb ki, MSK-nın "Qaynar xətt”inə, "facebook” səhifəsinə və elektron ünvanına 138-dən çox müraciət daxil olub. Müraciətlər səsvermə prosesi barədə əlavə informasiya almaq məqsədi daşıyıb. Bütün müraciətlər əməkdaşlar tərəfindən operativ şəkildə cavablandırılıb. Şikayət xarakterli heç bir müraciət qeydə alınmayıb.

XS
SM
MD
LG