Accessibility links

ABŞ-da müsəlman qruplar Ben Karsonu prezidentlik yarışından çıxmağa çağırır


ABŞ-da müsəlman vətəndaş hüquqları qrupları Respublikaçılar partiyasından prezidentliyə namizədliyini irəli sürmüş keçmiş neyrocərrah Ben Karsonu prezidentlik uğrunda yarışdan çıxmağa çağırır. Buna səbəb onun müsəlmanın Amerika lideri ola bilməməsini deməsi olub.

Amerika-İslam Münasibətləri Şurasının icraçı direktoru Nihad Avad deyib ki, respublikaçı seçicilər arasında sorğulara əsasən irəlidə gedən və xristian dindar olan Ben Karson öz namizədliyini geri götürməlidir, çünki onun baxışları Birləşmiş Ştatlar Konstitusiyası ilə bir araya gəlmir.

Avad qeyd edib ki, Konstitusiyada Birləşmiş Ştatlarda vəzifəyə seçilmək üçün dini testdən keçməyin lazım olmadığı deyilir. “Burada başa düşülə bilməyən heç bir şey yoxdur… Bu, bütün amerikalılar, bütün nəsillər, kimliyindən asılı olmayaraq, hamı üçün aydın bir dildə yazılıb”-deyə Nihad Avad bildirib.

Ben Karson NBC tele şirkətinin “Mətbuatla görüş” proqramında müsahibə zamanı deyib: “Mən müsəlmanın bu ölkəni idarə etməsinin tərəfdarı ola bilmərəm. Mən bununla heç cür razı deyiləm.”

Onun sözlərinə görə, prezidentin dini seçicilər üçün əhəmiyyətlidir və İslam dini Konstitusiya ilə ziddiyyət təşkil edir. O, İslamın konstitusiya prinsipləri ilə hansı şəkildə ziddiyyət təşkil etdiyini aydınlaşdırmayıb.

XS
SM
MD
LG