Accessibility links

Video

Ben Karson müsəlmanlarla bağlı mövqeyini müdafiə edir


İlk öncə Donald Tramp indi isə Ben Karson Birləşmiş Ştatlardakı müsəlmanlarla bağlı bəyanatlarına görə tənqid olunublar. Respublikaçılar tərəfindən prezidentliyə hər iki namizəd İslam tərəfdaşlarına şübhə ilə yanaşan və müsəlmanların terrorçuları qoruduğunu düşünən seçicilərin dəstəyini toplamağa çalışırlar. Bazar günü Ben Karson heç bir müsəlmanın Birləşmiş Ştatları idarə etməsindən yana olmayacağını açıqlayıb. Onun bu sözləri Trampdan sonra ona da problem yaradıb. Tramp isə daha öncə müsəlmanları təhqir edən dəstəkçisini töhmətləndirmədiyi üçün tənqid atəşinə tutulub.

XS
SM
MD
LG