Accessibility links

Beynəlxalq Amnesty İnternational təşkilatı Azərbaycan hakimiyyətini bu günlərdə sərhədi qanunsuz keçdiyinə və Azərbaycan dövlətçiliyi əleyhinə çağırışlar etdiyinə görə Azərbaycanın xahişi ilə Minskdə həbs edilmiş və bu günlərdə Bakıya təhvil verilmiş bloger Aleksandr Lapşini azad etməyə çağırıb.

Amnesty İnternational-ın bəyanatında deyilir ki, Lapşin ədalətsiz məhkəmə təhqiqatına məruz qala bilər, buna görə o, azad edilməli, cinayət təqibinə isə xitam verilməlidir.

Bir neçə ölkənin vətəndaşı olan Aleksandr Lapşin icazəsiz olaraq Azərbaycanın ermənilərin nəzarətində olan Dağlıq Qarabaş bölgəsinə səfər edib. Azərbaycan Lapşini arzuolunmaz şəxs elan edib və onun barəsində cinayət işi qaldırılıb. Aleksandr Lapşin Belorusda tutulib və bu il fevralın 7-də Azərbaycana ekstradisiya olunub.

XS
SM
MD
LG