Accessibility links

Dünya ölkələrində 8 Mart Beynəlxalq Qadınlar günü qeyd edilir. Bud münasibətlə ünyanın bir çox ölkələrində bu gün qadınların siyasi, iqtisadi və sosial sahələrdə nailiyyətlərini tərənnüm etdirən minlərlə müxtəlif tədbir keçirilir.

8 Mart Beynəlxalq Qadınlar günü eyni zamanda qadınların həyatın bütün sahələrində müfəvvəq olması üçün onlara bərabər imkanların verilməsinə çağırışları ilə qeyd edilir. Dünyanın müxtəlif ölkələrində Qadınlar günü münsaibətilə tədbirlər spifisik yerli cəhətləri nəzərə alaraq, fərqli mövzular və şüarlar altında keçirilir.

Türkiyə, Banqladeş, Honq Konqda qadın hüquqlarının müdafiəsi məqsədilə nümayişlər keçirilib. Əfqanıstanda isə kişilər qadın hüquqlarına dəstək verərək, çadralarda küçədən keçib.

Beynəlxalq Qadınlar Günü münasibətilə verdiyi bəyanatda ABŞ prezidenti Barak Obama bildirib ki, qadınlara verilən dəyər və onlara qeyri-bərabər münasibət müasir dövrün ən böyük ədalətsizliklərindəndir. Prezident Obama onun administrasiyasının bütün qadın və qızların hüquqlarının bütünlüklə və bərabər şəkildə təmin edilməsi üçün işi davam etdirəcəyini bildirib.

8 Mart Beynəlxalq Qadınlar günü ilk dəfə 1911-ci ildə keçirilib.

XS
SM
MD
LG