Accessibility links

14 qadın Şücaət Mükafatının laureatı olub [Video]


14 qadın Şücaət Mükafatının laureatı olub
please wait

No media source currently available

0:00 0:01:49 0:00

14 qadın Şücaət Mükafatının laureatı olub

Çərşənbə axşamı ABŞ dövlət katibi Con Kerri bütün dünyadan 14 qadını ədalət, insan haqları, demokratiya, gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması sahəsində gördükləri işlərə görə Beynəlxalq Qadın şücaəti mükafatı ilə təltif edib.

Bu il biz üç əsas sahədə cəsarət sərgiləmiş qadınları mükafata layiq görmüşük. Onlar gender əsasında törədilən zorakılıqları ifşa edirlər, korrpusiyaya qarşı mübarizə aparırlar, qanunun aliliyini gücləndirirlər və hər kəs üçün ədalət və insan haqlarını təbliğ edirlər.
Con Kerri

Bu ilki Beynəlxalq Qadın şücaəti mükafatının laureatlarının sırasına qadınlar üçün bərabər hüquqlar uğrunda mübarizə aparan yezidi fəal, insan haqları müdafiəçiləri, təcrid edilmiş vətəndaşların müdafiəçiləri, radikallıq və ayrı-seçkiliyə qarşı mübarizə aparan qeyri-hökümət təşkilatlarının icraçıları, demokratiyanı təbliğ edən rusiyalı jurnalist və korrupsiyaya qarşı mübarizə aparan mühacirət rəsmisi daxildir.

“Bu il biz üç əsas sahədə cəsarət sərgiləmiş qadınları mükafata layiq görmüşük. Onlar gender əsasında törədilən zorakılıqları ifşa edirlər, korrpusiyaya qarşı mübarizə aparırlar, qanunun aliliyini gücləndirirlər və hər kəs üçün ədalət və insan haqlarını təbliğ edirlər.”

Kerri deyib ki, 14 mükafat laureatı dünyaya bir nümunədir və onların bir mesajı var: “Qəbuledilməzi qəbul etməyin, ədalət və tolerantlıq naminə hərəkətə keçin!”

ABŞ dövlət katibi Con Kerri və Beynəlxalq Qadın Şücaəti mükafatının laureatları
ABŞ dövlət katibi Con Kerri və Beynəlxalq Qadın Şücaəti mükafatının laureatları

Mükafatı alanlardan biri çinli insan haqları fəalı Ni Yulandır. Çin höküməti onun mükafatı qəbul etmək üçün Vaşinqtona gəlməsinə icazə verməyib.

Nişa Əyub isə bu mükafata layiq görülən ilk transgender qadındır. O, Amerikanın Səsinə bildirib ki, müsəlmanların əksəriyyət təşkil etdiyi bir ölkədə yaşayan müsəlman transgender qadın kimi onun yeganə istəyi normal vətəndaş kimi rəftar görməkdir.

“Biz sadə şeylər tələb edirik. Bu da insanq haqları, ifadə azadlığı və təhsil azadlığıdır.”

Bu il Beynəlxalq Qadın Şucaəti mükafatının onuncu təqdimatıdır. Mükafat verilməyə başlayan gündən bəri ABŞ nailiyyətlərinə görə bu mükafatla 101 qadını təltif edib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG