Accessibility links

Beynəlxalq Valyuta Fondu dünyanın gələcək iqtisadi böhranlardan xilas etmək üçün 430 milyard dollarlıq vəsait toplayıb


Beynəlxalq Valyuta Fondu dünyanın gələcək iqtisadi böhranlardan xilas etmək üçün 430 milyard dollarlıq vəsait toplayıb. BVF-nun icraçı direktoru Kristina Laqardın dediyinə görə, agentlik Çin, Rusiya, Avstraliya, Cənubi Koreya, Sinqapur və Böyük Britaniya kimi ölkələrdən kredit vədi alıb. O, dünyanın iqtisadi baxımdan bir qədər dirçəldiyini deyib, lakin gələcək hədələrin daha dərin böhrana yol aça biləcəyi barədə xəbərdarlıq verib. Bu vəd Beynəlxalq Valyuta Fondu və Dünya Bankının yarımillik toplantısı vaxtına təsadüf edir. Müzakirələrin diqqət mərkəzində Avropanın borc böhranı yer alıb.

BVF-nun ən böyük səhmdarı ABŞ hələ ki, heç bir vədlə çıxış etməyib. Vaşinqton 171 milyard dollarlıq vəsaitin ayrıldığını desə də, 2010-cu ildə verdiyi bu təklif ratifikasiya edilməyib. 17 ölkənin üzv olduğu Avropa İttifaqı Beynəlxalq Valyuta Fonduna 200 milyard, Yaponiya isə 60 milyard dollar məbləşində kredit vəd edib.

XS
SM
MD
LG