Accessibility links

Bəhreyn müxalifəti dinc aksiyalarını davam etdirəcək


Bəhreyn müxalifəti dinc aksiyalarını davam etdirəcək

Bəhreyn müxalifəti dinc aksiyalarını davam etdirəcək

Ölkədə artıq müxalifətin 6 lideri həbs edilib

Bəhreyn müxalifəti hökumətin onlara qarşı güc tətbiq etməsinə baxmayaraq hökumət əleyhinə dinc aksiyalarını davam etdirəcəklərini bildirib.

Fransa xəbər agentliyinə e-mail vasitəsilə göndərilən bəyanatda müxalif koalisiya bildirib ki, onlar orduya təslim olmayacaq və polislə qarşıdurmaya getməyəcəklər.

Bəhreyn hüquq mühafizəçiləri Manamanın əsas meydanından nümayişçiləri çıxarandan sonra ən azı 6 müxalifət liderini həbs edib. Təhlükəsizlik qüvvələrinin meydana daxil olması nəticəsində yürüşdə iştirak edən 5 nümayişçi həlak olub.

XS
SM
MD
LG