Accessibility links

İranın Bicar şəhərində uşaqlara türk dilində Quran öyrədilir


İranın rəsmi xəbər agentlikləri Kürdüstan vilayətində türklərin sıx yaşadığı Bicar şəhərində uşaqlar üçün türk, ingilis və fransız dillərində Quran dərsləri keçirildiyi ilə bağlı məlumat yayıb.

İRNA xəbər agentliyinə müsahibə verən İranın İslami Təbliğat İdarəsi Bicar şöbəsinin sədri Hüccət-ül-İslam Muxtariniyanın sözlərinə görə, Bicar şəhərində və kəndlərdə 65 müəllim təqribən 200 məktəbəqədər uşağa türkcə, ingiliscə və fransızca Quran dərsi verməklə məşğuldur. Uşaqların Quranın surələrini bu üç dildə oxuya biləcəyini deyən Muxtariniya dərslərin əhali tərəfindən yaxşı qarşılandığını bildirib.

“Uşaqlara dil dərsləri keçirilməsi ilə bağlı əhalinin geniş tələblərini qarşılamaq məqsədi ilə təşkil edilən bu siniflərdə həmçinin məktəbəqədər uşaqlarda Quranın tədirisinə maraq yaratmaq mümkün olub”-deyə o əlavə edib.

Bicar və Qurvə Kürdüstan vilayətində türklərin sıx yaşadığı iki şəhərdir. Bəzi qaynaqlarda Kiçik Təbriz adı ilə tanınan Bicar şəhəri Qərbi Azərbaycan və Zəncan vilayətinin yaxınlığında yerləşir.
XS
SM
MD
LG