Accessibility links

Bir milyon sirr [Video]


Əgər siz dünyada nəinsə kolleksiyasını yığmaq istəsəniz, nəyi yığardınız? Marka, antik əşyalar, yoxsa musiqi alətləri? Merilend ştatının Germantaun şəhərinin bir sakini çox şəxsi və müəmmalı bir şey toplayır - insanların sirlərini. O, son 10 ildə bir milyondan çox sir yığmağa nail olub.

Frank Uarren: "Bu lift şəklidir. Sirdə deyilir: “Mən bir mərtəbə çıxmaq üçün liftdən istifadə edəndə özümü günahkar hiss edirəm. Ona görə də liftdən çıxanda, yalandan axsayıram."

Bu, piramidada olan açıqcalardan biridir. Son on ildə dünyanın hər tərəfindən naməlum adamlar öz sirlərini Vaşinqton yaxınlığında yerləşən Merilend ştatının Germantaun şəhərində yaşayan Frank Varrenlə bölüşürlər. Onlar bunu açıqca vasitəsilə edirlər və bu, PostSecret adlanan lahiyənin bir hissəsidir.

Frank Uarren: "PostSecret incəsənət lahiyəsidir. Mən buna 10 il əvvəl başlamışam. Dünyanın hər yerindən tanımadığım insanları özlərinin ən gizli, heç kimlə bölüşmədikləri və gerçək sirlərini mənə açıqca vasitəsilə yazmalarına çağırmışam. Və onlardan bunu anonim şəkildə evimə poçtla göndərmələrini istəmişəm."

Frank hazırda bir miliyondan çox sirrə sahibdir. Bu, sadəcə açıqca deyil, email vasitəsilə və hətta əşya olaraq da gəlib. Hər bazar günü Frank 10 sirri seçərək PostSecret vebsaytına yerləşdirir.

Hər gün qəbul edilən məxfi düşüncə Frank üçün yeni kəşfdir və o, bunu insanların həyatına nəzər salmaq kimi görür.

Frank Uarren: "Mən sizə qadağan olunmuş şəhərimə daxil olmağa icazə verəcəyəm. Mən bunu birinin özündə güc toplayıb qəlbinin duyğusal anlarını bölüşməsi kimi görürəm.”

Frank deyir ki, lahiyənin məqsədi insanlar üçün sirlərini bölüşəcək təhlükəsiz məkan yaratmaqdır.

Frank Uarren: "Mən öz sirlərimlə həyatda əziyyət çəkirdim. Təhlükəsiz məkan qurub, başqalarının öz sirlərini mənimlə mühakiməsiz məxfi bölüşməsini istədim. Düşünürəm ki, bu məkana onların ehtiyac hiss etdikləri qədər mənim də ehtiyacım var."

Frank topladığı sirlərin çoxunu altı kitapda çap edib. Bəs öz sirləri? Hər kitabda özünün bir sirri də var.

Poçtalyon Erik Perri son üç ildə minlərlə açıqca paylayıb.

Erik Perri: "Frank mənə öz kitablarından ikisini verib. Mən onların hamısını oxumuşam. Mənim ailəm də onları gözdən keçirib. Kitab əladır."

Lahiyə Frankın sirri olub. Onun xanımı birinci kitab çap olunanadək bundan xəbər tutmayıb.

Jan Uarren: "Kitabı çap edən mənə zəng elədi və dedi ki, evin ünvanı kitabda olacaq. Mən yox dedim, o, isə hə dedi. Bu, müqavilədə yazılıb. Və mən yox, ola bilməz dedim. Bu, mənim üçün həqiqətən də xoş deyildi."

Sirlər insanın hisslərinə təsir edir. Onlardan bəziləri hətta intihar etmək haqdadır. Bəziləri isə insana kömək edəcək dərəcədədir.

Frank və PostSecret icması intiharların qarşısını almaq üçün bir milyon dollar vəsait toplayıblar.

XS
SM
MD
LG