Accessibility links

Birinci Qafqaz İnformasiya Telekanalı fəaliyyətə başlayır


Birinci Qafqaz İnformasiya Telekanalı fəaliyyətə başlayır

Birinci Qafqaz İnformasiya Telekanalı fəaliyyətə başlayır

Telekanalın məqsədi Qafqaz xalqlarını informasiya meydanına cəlb etmək, onları mühüm hadisələr barədə operativ məlumatla təmin etməkdir

Bu il yanvarın 25-də Avropa peyki vasitəsilə Birinci Qafqaz İnformasiya Telekanalı (BQİT) Tbilisidən yayımlanmağa başlayacaq.

Turan Agentliyinin məlumatına görə, yeni yayımda məqsəd Qafqaz xalqlarını informasiya meydanına cəlb etmək, onları mühüm hadisələr barədə operativ məlumatla təmin etməkdir. BQİT operativ informasiya və İnternet-jurnalistikanı uzlaşdıraraq regional media sahəsini transformasiya etməyi qarşısına məqsəd qoyur.

Kanalın müxbir şəbəkəsi Bakı, Yerevan, Moskva, Kiev, Mahaçqala, Ankara, Brüssel, Vaşinqton, Vladiqafqaz və Tehranda yerləşir. Kanalın rəhbər heyətinə BBC və France-24-də iş təcrübəsinə malik Robert Parsons (baş direktor) və onun müavinləri Devid Çeter (ITN, Sky News, Al-Jazeera), Zurab Kodalaşvili (BBC, CNN, Sky News) və beynəlxalq şərhçi Melani Ensti daxildir.

Telekanalın mənzil-qərargahından verilən məlumata görə, kanal Tbilisidən rus dilində altı saatlıq yayım (Moskva vaxtı ilə saat 18.00 - 00.00) həyata keçirəcək və Cənubi və Şimali Qafqaz, Ukrayna, Belarus, Şərqi Avropa, Rusiya, Türkiyə və İran ərazisini əhatə edəcək. BQİT Hot Bird peyki, həmçinin www.pik.tv saytında on-line formatında yayımlanacaq.
Kanalın idarə olunması Robert Parsons və Yekaterina Kotrikadze tərifindən təsis olunmuş özəl “Key 1” (K-1) Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən həyata keçirilir.

XS
SM
MD
LG