Accessibility links

Birma qüvvələri müsəlmanlara qarşı kampaniyada ittiham olundu


Human Rights Watch bildirir ki, Birma təhlükəsizlik qüvvələri ölkənin qərbində Rohingya müsəlmanlarına qarşı qətl, zorlamalar və kütləvi həbslərlə müşayiət olunan kampaniya həyata keçiriblər. Zorakılıqlar iyun ayında təriqətlərarası qarşıdurmanın ardınca baş verib.

"Onlar azlıqları qorumalıdırlar, onlar insan haqlarının pozumasına yol verməməlidirlər. Amma Arakan bölgəsində gördüklərimiz budur ki, təhlükəsizlik qüvvələri açıq-aşkar tərəf tutublar," deyə Human Rights Watch-un Asiya üzrə direktor müavini Phil Robertson bildirib.

Təşkilatın bildirdiyinə görə Birma qüvvələri toqquşmaları dayandırdıqdan sonra Rohingyada zorakılıq kampaniyası və kütləvi həbslər həyata keçiriblər.

Bu məlumat BMT-nin insan haqları üzrə elçisi Tomas Ohea Kvintananın regiona səfərindən sonra hazırladığı hesabat əsasında tərtib olunub.
XS
SM
MD
LG