Accessibility links

Birma prezidenti Htin Krau siyasi səbəblərlə həbs olunduğu bildirilən 83 nəfəri əfv edib.

Əfv fərmanını Htin Kyaunun administrasiyası bu gün açıqlayıqlayaraq bildirib ki, buddist yeni il başladığı bir vaxt prezident milli barışığa nail olmaq məqsədi ilə bu addımı atıb.

Birmanın əksəriyyəti Aunq San Suu Kyinin rəhbərlik etdiyi Milli Demokratiya Liqasının üzvlərinin təşkil etdiyi demokratik yolla seçilmiş yeni hökuməti yüzlərlə siyasi fəala qarşı ittihamları rədd edib.

Televiziya ilə yayımlanan çıxışında Htin Kyau siyasi məhbusları, siyasi fəalları və siyasi məqsədlərlə ittiham olunan tələbələr və başqa şəxsləri azadlığa buraxacağına söz vermişdi.

Xatırladaq ki, Milli Demokratiya Liqası ötən noyabr ayında ümummilli seçkilərdə qalib gələndən sonra Birmada hakimiyyətə gəlib.

20 il yaxın ev dustaqlığında olmuş Aunq San Suu Kyinin özü isə Konstitusiyaya əlavə edilən dəyişiklikdən sonra prezident seçilmək hüququnu itirib.

XS
SM
MD
LG