Accessibility links

Həyat xronologiyası - "Tramp - açıq-aşkar" [Video]


Donald Trampın biznes dünyasındakı nailiyyətləri onun ABŞ prezidentliyinə Respublikaçı namizəd kimi dəstəklənməsinin əsas səbəblərindəndir. Lakin Trampın həyat xronologiyasına həsr edilən yeni kitab onun tərəfdarları və opponentləri üçün şəxsiyyətinin mürəkkəb bir simasını nümayiş etdirir.

Prezidentlik yarışlarına qoşulmazdan əvvəl Donald Tramp əmlak maqnatı və Nyu-York şəhərinin parlaq biznesmeni kimi tanınırdı. Tramp nailiyyətləri ilə NBC reallıq şousunda tez-tez öyünürdü.

Vəkil Edvard Mermelşteyn: “Nyu-Yorkda bizneslə məşğul olmaq güclü şəxsiyyət və motivasiya tələb edir. O, əsl Nyu-York biznesmenidir.”

Mark Fişer and Maykl Kraniş yeni “Tramp ifşası” kitabının həmmüəllifləridir. Kitabda Trampın prezidentliyə irəliləyiş yolun irəliləyişi və biznes razılıqlarından bəhs edilir

Mark Fişer: “O, biznes fəaliyyətlərinin onu hər bir imkanla təmin etdiyini düşünür.”

Trampla keçirilən əhatəli müsahibələrə əsasən müəlliflər Trampın nailiyyətində brendinqin mühüm rol oynadığını aşkar edib. Onun hər bir mülkiyyəti Tramp adı ilə tanınır. Trampın Vaşinqton şəhərində açdığı son mehmanxanası da istisna deyil. İllər keçdikcə bu ad böyük sərvət təccümünə çevrilib.

Maykl Kraniş: “Tramp adını lisenziyalaşdırmaqla pul qazanır. Digərləri binalara yatırım etdikləri vəsaitlərdən ya qazanıb, ya da itirib. O, isə bu halda heç nə itirməyib.”

Itiriənlər də az deyil. Bet Rosserin şirkəti Trampın Atlantik Sitidəki Tac Mahal kazinosunun tualet arakəsmələrinin inşası üçün onunla müqavilə bağlamışdı.

“Müsqavilənin dəyəri 230 min dollardan artıq idi. Bu, bizim gördüyümüz ən bahalı iş idi.”

Lakin ödəniş vaxtı gəldikdə Rosser Trampın iflas elan etdiyini və məbləği ödəyə bilməyəcəyini öyrənir.

“Sənədlər hazırlandı, vəkillər tutuldu. Pulların alınacağına ümid edildi.”

2 il yarım sürən məhkəmə prosesindən sonra Rosser hər bir dollar üçün 30 sent əldə edir.

Mark Fişer: “Kitabda Donald Trampla iş birliyinə girib, hər şeylərini itirənlər də əksini tapıb.”

Trampın biznes taktikasından əlavə kitabda onun ictimai tələbatı sezmək qabiliyyətindən də söz açılır.

Maykl Kraniş: “Trampa dövlətin vəziyyətini dərk etmədən baxmaq olmaz. O, son zamanlar yaşanan narazılıqların damarını tuta bilib.”

İndi məşhur biznesmenin Amerikanın növbəti prezidenti vəzifəsinə gəlməsi seçicilərdən asılıdır.

XS
SM
MD
LG