Accessibility links

BMT-nin baş katibi Hələbdəki hücumları qınayıb


BMT-nin baş katibi Ban Gi Mun Suriyanın Hələb şəhərində iki böyük xəstəxanaya edilən hava hücumunu qınayıb.

BMT-nin Təhlükəsizlik Şurasında çıxış edən baş katib Hələbdəki vəziyyəti qəssabxana ilə müqayisə edib.

Onun çıxışı ABŞ-ın Rusiya ilə Suriya məsələsində əlaqələri kəsəcəyilə bağlı xəbərdarlığından sonraya təsadüf edib.

Hava hücumundan sonra xəstəxanaların fəaliyyəti müvəqqəti olaraq dayanıb.

UNİCEF-in məlumatına əsasən Hələbin şərqində səhiyyə sistemi çətin vəziyyətdədir. Xəstəxanalarda 30-a yaxın həkim ağır şərtlər altında yaralıları müalicə etməyə çalışır.

Bu arada ABŞ dövlət katibi Con Kerri rusiyalı həmkarı Serqey Lavrovla telefon söhbəti zamanı bildirib ki, Moskva Hələb şəhərində hücumları dayandırmasa və sülhü bərpa etməsə Vaşinqton Rusiya ilə Suriya məsələsi üzərində ikitərəfli müzakirələri dayandırmağı planlaşdırır.

XS
SM
MD
LG