Accessibility links

Boko Haram oğurlanan qızların ərə verildiyini bildirib


Nigeriyanın İslamçı yaraqlı qrupu Boko Haramın lideri olduğunu iddia edən bir nəfər bildirir ki, aprel ayında qrupun oğurladığı 200 məktəbli qıza İslamı qəbul edirdikdən sonra onları ərə veriblər.

Yeni açıqlanan videoda özünü Əbubəkər Şekau kimi təqdim edən adam qızların Qurandan iki ayə dedikdən sonra ər evinə göndərildiyini bildirib. 6 ay əvvəl Çibok kəndindən oğurlamam qızların çoxu xristian ailələrdəndir.

Bu gün jurnalistlərin aşkar etdiyi video Nigeriya hökumətinin daha əvvəl dediyi sözlərlə üst-üstə düşmür. Belə ki, hökumər qızların azad edilməsi üçün Boko Haramla danışıqları davam etdirdiyini bildirsə də, videodakı yaraqlı deyib ki, Boko Haram heç zaman hökumətlə danışıq aparmayıb və danışıqlara da heç vaxt daxil olmayacaq.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG