Accessibility links

Rəsmilərin bildirdiyinə görə, sərhəd boyu yaraqlıları məğlub etmək üçün bir neçə hökumət qüvvəsi onlarla toqquşub.

Nigeriyanın Boko Haram yaraqlı qrupunun döyüşçüləri bu gün Kamerunda onlarla insan öldürüb.

Kamerunun hökumət sözçüsü və kommunikasiya naziri İssa Tçiroma Bakari deyib ki, təxminən 800 döyüşçü kilsə, məscid və kəndlərə od vurub və Kamerun qüvvələrinə qarşı döyüşmək üçün onlara qoşulmaq istəməyənləri qətlə yetirib.

Yaraqlılar əvvəlcə Nigeriyanın Çadla sərhəd Qambaru şəhərində çad qüvvələri ilə döyüşlərdən sonra Kamerunun Fotokol şəhərinə hücum edib.

“Şiddətli döyüşlər zamanı 50-dən çox əsgər itirmiş düşmən məğlub olaraq geri çəkildi. Döyüşlər zamanı ordumuz düşmənlərin geridə buraxdığı çox sayda döyüş təchizatını ələ keçirib” deyə Bakari Amerikanın səsinə bildirib.

Fotokol şəhərindən yaxınlıqdakı kəndlərə üz tutan döyüşçülər Kamerun əsgərləri ilə qarşılaş

Döyüşçülər azı 70 adamı öldürdükdən sonra çadların dəstəyi ilə Kamerun qüvvələri Boko Haram yaraqlılarını dəf edə bilib.

XS
SM
MD
LG