Accessibility links

Boliviya hökuməti iranlı nazirin səfərinə görə Argentinadan üzr istəyib


Boliviya hökuməti iranlı nazirin səfərinə görə Argentinadan üzr istəyib
Boliviya hökuməti iranlı nazirin səfərinə görə Argentinadan üzr istəyib

1994-cü ildə Argentinanın paytaxtı Buenos-Ayresdə yəhudi xeyriyyə cəmiyyətinin ofisində baş vermiş və 85 nəfərin ölümü ilə nəticələnmiş partlayışda Əhməd Vəhidi (indiki müdafiə naziri) təqsirkar bilinib.

Boliviya hökuməti mayın 31-də İran müdafiə naziri Əhməd Vəhidinin bu ölkəyə səfər etdiyinə görə Argentinadan rəsmən üzr istəyib.
1994-cü ildə Argentinanın paytaxtı Buenos-Ayresdə yəhudi xeyriyyə cəmiyyətinin ofisində baş vermiş və 85 nəfərin ölümü ilə nəticələnmiş partlayışda 5 İran rəsmisi - İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) keçmiş komandanı Möhsün Rzayi, İranın sabiq təhlükəsizlik naziri Əli Fəllahiyan, həmçinin Möhsün Rəbbani, Əhməd Rza Əsğəri və Əhməd Vəhidi (indiki müdafiə naziri) təqsirkar bilinib.
2006-cı ilin noyabr ayında Argentina məhkəməsinin hakimi Koral İranın bir sıra yüksək rütbəli şəxslərini, o cümlədən də Əli Əkbər Haşimi Rəfsəncani, Əli Fəllahiyan və Əli Əkbər Vilayətini yəhudilərin xeyriyyə mərkəzində törədilmiş partlayışda günahlandıraraq onların tutulması üçün İnterpola müraciət edib.
“Media forum” saytının məlumatına görə, Boliviya xarici işlər naziri 2011-ci il mayın 31-də öz argentinalı həmkarına məktub yazaraq İran müdafiə naziri Əhməd Vəhidinin bu ölkəyə etdiyi səfərə görə Argentinadan üzr istəyib.
Məktubda deyilir ki, Boliviya hökuməti yaranmış bu təəssüfləndirici, xoşagəlməz hadisəyə görə Boliviya hökumətindən üzrxahlıq etməklə bərabər Əhməd Vəhidi və onun başçılıq etdiyi İran nümayəndə heyətinin dərhal bu ölkəni tərk etməsi üçün ciddi tədbir görüb.
Bildirilir ki, Əhməd Vəhidi və onu müşayiət edən İran nümayəndə heyətinin üzvləri Boliviyaya rəsmi səfəri yarımçıq qoyaraq mayın 31-i gecə saatlarında bu ölkəni tərk edib.

XS
SM
MD
LG