Accessibility links

Ekspert: Xarici borclar ciddi problemə çevrilməkdədir


Dollar
Dollar

Sürətlə artan xarici borc çox ciddi problemə çevrilməkdədir, iqtisadçı Rövşən Ağayev facebook səhifəsində yazıb.

“2015-2016-cı illərdə xarici dövlət borcu 25%-ə yaxın artıb, xarici borcun ÜDM-də payı 7.5%-dən 21%-dək yüksəlib. Borcalmanın şərtləri ağırlaşdığından artan borclar əsasən qısamüddətli - 10 ilə qədər olan borclardır. 2014-cü ilin sonlarında bütün xarici borcların cəmi 7%-i 10 ilədək idi, hazırda isə borcların 50%-i 10 ilədək olan borclardır”, iqtisadçlı qeyd edir.

Azərbaycanın 2025-ci ilədək qaytarılmalı xarici borcları 4 mlrd dolları ötür.

Rövşən Ağayev

R.Ağayev statistikaya istinad edərək bildirir ki, Azərbaycanın 2025-ci ilədək qaytarılmalı xarici borcları 4 mlrd dolları ötür.

Onun fikrincə, hökumətin sürətli borclanma ehtiyacı nəzərə alınsa, yaxın zamanlarda bu məbləğin daha da artacağını proqnozlaşdırmaq olar

İqtisadçı ekspert Məhəmməd Talıblı hesab edir ki,

xarici borcların sürətlə artması neqativ haldır.

“Çünki, xarici borcun miqyası ildən-ilə yox, aydan aya artır. Həm də sürətlə. Həm dövlətin özünün beynəlxalq maliyyə qurumlarından aldığı borclar, həm şirkətlərin beynəlxalq qurumlardan götürdüyü kreditlər, həm də dövlət zəmanəti ilə dövlət şirkətlərinin infrastruktur və institsional layihələr üçün aldığı borclar formasında maliyyə axını baş verir”.

Onun sözlərinə görə, Azərbaycanın əvvəllər dövlət büdcəsi xərclərində "xidməti borclar" bölməsində daxili və xarici borcların səviyyəsi büdcə xərclərinin illər üzrə 0,5-3 faizə qədər dəyişib.

“Bu ilin dövlət büdcəsində bu xidmətə yönəlik xərclər 1,6 milyard manat təşkil edəcək. Bu isə büdcə xərclərinin təxminən 10 manatından 1-nin sərf olunması deməkdir. Və ya büdcə xərclərinin 9,7 faizi alınan borclar üçün sərf olunacaq”.

Xarici borcun həcmi ÜDM-in 40 faizini keçərsə, bu artıq təhlükəli zolağa daxil olmaq deməkdir.

Məhəmməd Talıblı

Ekspert beynəlxalq normalar baxımından yanaşaraq facebook səhifəsində yazır ki, xarici borcun həcmi ÜDM-in 40 faizini keçərsə, bu artıq təhlükəli zolağa daxil olmaq deməkdir.

“Bunu ÜDM-in və xarici borcun dollarla ifadəsi onu deməyə imkan verir”.

Talıblı hesab edir ki,

xarici borcların böyüməsində Azərbaycan hökumətinin maliyyə idarəçiliyində olan nöqsanları ilə bərabər, beynəlxalq maliyyə qurumlarının məsuliyyətləri az deyildir.

“Bu İşdə təkcə Azərbyacn hökumətinin səriştəsiz idarəçiliyi ilə bərabər beynəlxalq birlikləri, o cümlədən maliyyə qurumlarını da qınayıram. Dünya Bankı başda olmaqla digər banklar qrupu verilmiş kreditlər üzərində vətəndaş cəmiyyəti insitutlarını prosesə cəlb etməklə effektiv monitorinq işini təşkil etmədi. Bu isə şəffaflıqla bağlı problemlərin meydana çıxmasına, şübhəli və risk yaradıcı amillərin daha da güclənməsinə gətirib çıxardı”, o qeyd edib.

Xarici borcun artması müsbət hal deyil. Bizdə bu göstərici çox yaxşı səviyyədədir, təqribən 20 faiz səviyyəsindədir. Bu da əvvəlki illərlə müqayisədə daha böyük rəqəmdir. Bunun səbəbi manatın devalvasiyaya uğramasıdır.

Prezident İlham Əliyev

Öz növbəsində prezident İlham Əliyev

bu günlərdə deyib ki, Azərbaycan xarici kreditlərə o qədər də böyük meyil göstərmir.

“Çünki xarici borcun artması müsbət hal deyil. Bizdə isə bu göstərici də çox yaxşı səviyyədədir, təqribən 20 faiz səviyyəsindədir. Bu da əvvəlki illərlə müqayisədə daha da böyük rəqəmdir. Bunun da səbəbi manatın devalvasiyaya uğramasıdır. Ondan əvvəlki dövrdə bizim xarici borcumuz 10 faiz həddini keçməyib. Bu gün də bu, məqbul səviyyədədir”, dövlət başçısı qeyd edib.

XS
SM
MD
LG