Accessibility links

Xarici ölkələrin dövlət və hökumət başçıları Boston marafonu zamanı həyata keçirilən hücumla bağlı təəssüflərini bildirib.

NATO-nun baş katibi Anders Foq Rasmussen hucumun təsirinə məruz qalanlara başsağlığı verib. O, bütöv Amerika xalqının kədərini bölüşdüyünü bildirib.

Avropa İttifaqının prezidenti Herman Van Rompuy hücumu pisləyərək, onun məsuliyyətini daşıyanların ədalət məhkəməsi qarşısına çıxarılacağından əminliyini dilə gətirib.

BMT-nin baş katibi Ban Gi Mun hadisəni mənasız zorakılıq kimi qiymətləndirərək, bunun dünyanın bir çox ölkəsindən insanları bir araya gətirən bir tədbirdə törədilməsinin alçaqlıq olduğunu deyib.

Pakistan rəsmiləri hücumu qınayaraq, xalqın və hökumətin bu xəbəri dərin kədər hissi ilə qarşıladığını bildirib.

Əfqanıstan prezidenti Həmid Karzay başsağlığı göndərib.

Hindistanın baş naziri Manmohan Sinq terrorçuluqla mübarizə aparanlarla bərabər olduğunu deyib.

İslam Əməkdaşlıq Təşkilatı hücumu kəskin qınayaraq, terrorizmin bütün formalarının qəbuledilməz olduğunu bildirib.

ABŞ-da terror hücumlarının məsuliyyətini daşıyan Taliban hadisə ilə əlaqəsi olmadığını bəyan edib.
XS
SM
MD
LG