Accessibility links

Braziliya prezidenti Dilma Russef ikinci müddətə dünyanın 5-ci ən böyük ölkəsinin prezident seçilib.

Səslərin artıq 98 faizi hesablanıb və xanım Russef səsvermədə səslərin 51,5 faizini toplayaraq, sağ-mərkəzçi mövqedə olan rəqib senator Esio Neves üzərində qələbə çalıb.

Solçu siyasərçi olan xanım Russef bu ayın əvvəli keçirilən səsvermənin ilk raundunda ən çox səs toplayıb, ancaq ümumi səslərin 50 faizindən çoxunu toplamadığı üçün ikinci turda rəqibi Neveslə mübarizə aparmalı olub. İqtisadçı Neves Braziliyanın əhalisinin sayına görə ikinci ən böyük ştatının iki müddət qubernatoru olub.

Səsvermə xanım Russefin üzvü olduğu İşçi Partiyanın xalq tərəfindən dəstəklənməsinin göstəricisi kimi qiymətləndirilir. Braziliyada 2003-cü ildən bəri prezidentlik postunu İşçi Partiyanın üzvü tutur.

Partiya ölkədə sosial təminat proqramlarını artırıb və milyonlarla insanın yoxsulluq səviyyəsindən orta təbəqəyə çatmasına imkan yaradıb.

Lakin xanım Russefun prezidentliyinin son dörd ili ərzində ölkədə zəif iqtisadi artım və durğunluq müşahidə edilib. Russef korrupsiya əleyhinə kütləvi etirazlarla üzləşib və Dünya Çempionatına külli miqdarda maliyyə vəsaitinin sərf olunmasına görə tənqid olunub.

XS
SM
MD
LG