Accessibility links

Brexit haqqında nələri bilməlisiniz


brexit
brexit

Britaniyalılar AB-ni tərk etməyə səs verdi, bəs ölkə qurumu nə zaman tərk edəcək?

Nə baş verir: "Brexit" Böyük Britaniyanın 28 üzvlü Avropa Birliyindən çıxışını nəzərdə tutan prosesin qısaldılmış adıdır. Bu söz Yunanıstan Avrozonanı potensial tərk etmə prosesinə verilmiş "Grexit"-dən götürülüb.

Nə zaman: İyunun 23-də britaniyalı seçicilər Avropa Birliyini tərk etməyə səs verib.

Referendumda qoyulmuş sual: Seçicilərdən "Birləşmiş Krallıq AB-ni üzvü kimi qalmalı, yoxsa AB-ni tərk etməlidir" sualı soruşulub. Britaniya Seçki Komissiyasi tərəfindən təklif olunan bu sual hökumət və parlament tərəfindən təsdiq olunub.

Nə üçün: Mühafizəkarlar Partiyasını sakitləşdirmək və Avropa Birliyinə üzvlüyə etiraz edənlərin qarşısını almaq üçün baş nazir Deyvid Kameron 2015-ci ildə prezident seçildiyi təqdirdə məsələ ilə bağlı referendum keçirəcəyinə söz vermişdi. Hazırda parlamentdə çoxluqda olan Mühafizəkarlar 40 ilə yaxındır AB üzvlüyünə birmənalı yanaşmırdılar. Onlar adətən qurumu tərk etməyin tərəfdarı olub.

Mühümlüyü: Britaniyanın Avropa Birliyindən çıxmasının tərəfdarları düşünürlər ki, bu addım Britaniyanı iş yerlərinin açılmasına mane olan qərarlardan azad etməklər yanaşı, ölkənin öz qanunlarını və ticarət tərəfdaşlarını seçməsinə imkan yaradacaq. AB tərəfdarları isə qurumda qalmaqla ölkənin qlobal təsir imkanlarını, eləcə də hərbi və iqtisadi təhlükəsizliyini təmin edəcəyini bildirir.

Brexit seçiciləri - kimlər necə səs verdi?
Brexit seçiciləri - kimlər necə səs verdi?

Seçicilər: Yaşı 18-dən yuxarı olan bütün Britaniya vətəndaşları Brexit referendumunda iştirak etmək imkanı əldə ediv. Buraya Britaniya və 53 üzv ştatdan ibarət olan hökumətlərarası qrup - Xalqlar Birliyi daxildir.

Avropa Birliyini tərk etmək nə qədər vaxt alacaq? Article 50 masa üzərinə gələn kimi bu, üzvlükdən imtina prosesinin rəsmən başlaması deməkdir. Həmin vaxtdan iki illik keçid müddəti başlayır. Bu müddət ərzində Britaniya Avropa Birliyi sazişlərinə əməl etsə də, heç bir qərar qəbulunda iştirak etməyəcək.

Bu müddət ərzində nə baş verəcək? Britaniya Avropa Birliyi ilə qurumdan çıxmaq şərtlərinin müzakirələrinə başlayacaq. Ciddi problemlə törəcədək maliyyə və digər qərarlarla bağlı həm Avropa Şurasının, həm də Avropa Parlamentinin ratifikasiyası qaçılmazdır.

Brexit-in Avropa Birliyinə nə təsiri olacaq? Bəziləri inanır ki, Britaniyanın qurumu tərk etməsi presedent yarada və başqa ölkələrin də öz referendumunu keçirməsinə yol aça bilər.

XS
SM
MD
LG