Accessibility links

Brexit referendumunun maliyyə bazarlarına təsiri [Video]


Brexit referendumunun maliyyə bazarlarına təsiri
please wait

No media source currently available

0:00 0:01:45 0:00

Brexit referendumunun maliyyə bazarlarına təsiri

Cümə axşamı Avropa İttifaqını tərk etmək lehinə səs verən britaniyalılar qlobal bazarlarda dəyişkənliyə səbəb olublar. Brexit referendumunun nəticələri bir çoxları üçün gözlənilməz və qəfil oldu. Təhlilçilər deyir ki, bu dəyişiklik həftələr və hətta aylar boyu davam edə bilər.

Birləşmiş Krallığın Avropa İttifaqı ilə münasibətləri dəyişsə də, bizim iki ölkə arasında olan münasibətlərimiz dəyişməz olaraq qalacaq.
Barak Obama

Avropa İttifaqından ayrılmaq lehinə səs verənlər üçün nəticələr sevindirici olsa da, dünya maliyyə bazarlarında sevinmək üçün heç bir səbəb yox idi.

Maliyyə analitikləri deyir ki, böhran son çatanadək investorlar sərmaye yatırmayacaqlar.

İngiltərə Bankı Böyük Britaniya iqtisadiyyatına ziyanı azaltmaq üçün çevik addım ataraq, maliyyə bazarlarında sabitliyi qorumaq məqsədilə iqtisadiyyata 340 milyard dollar pul ayırıb.

Beynəlxalq Maliyyə Fondu isə qlobal hadisələri yaxından izləyir.

“Mən bu gün İngiltərə Bankı və Avropa Mərkəzi Bankının bank sistemini dəstəkləmək və ifrat dəyişkənliyin qarşısını almaq məqsədilə açıqladığı tədbirləri alqışlayıram“.

ABŞ iqtisadiyyatına uzunmüddətli təsirlər hələ də qeyri-müəyyən olaraq qalsa da, təhlilçilər Federal Ehtiyatlar Bürosunun rəhbəri Canet Yellenin mərkəzi bank rəsmiləri ilə görüşdüyü ərəfədə bu referendumun ABŞ-dakı faiz dərəcələrinin artmasına səbəb olmayacağını düşünür.

Wall Street
Wall Street

ABŞ prezidenti Barak Obama narahatlıqları azaltmağa çalışaraq referendum nəticələrinin qloballaşmanın çətinliklərini əks etdirdiyini deyib.

“Birləşmiş Krallığın Avropa İttifaqı ilə münasibətləri dəyişsə də, bizim iki ölkə arasında olan münasibətlərimiz dəyişməz olaraq qalacaq.”

Referendumun ABŞ iqtisadiyyatına təsirləri ilə bağlı qeyri-müəyyənlik fond qiymətlərinin kəskin düşməsinə səbəb olub. Təhlilçilər təşvişə düşmək üçün hələ ki heç bir səbəbin olmadığını deyir. Amma bundan öncə Avropa İttifaqından heç bir ölkə çıxmadığı üçün, bir çoxları deyir ki, maliyyə bazarları həftələr və hətta aylar boyu davam edən dəyişkənliklə üzləşə bilər.

XS
SM
MD
LG