Accessibility links

Amerikalı qadın Britaniya şahzadəsi Endryuya qarşı ittiham irəli sürüb


Britaniyanın Bukingem sarayı kraliça Yelizavetanın ikinci oğlu, taxta beşinci namizəd şahzadə Endryunun qadınla münasibətdə sui-istifadə barədə ittihamları rədd edir.

Birləşmiş Ştatlar məhkəməsi amerikalı qadının yetkinlik yaşına çatmadığı bir vaxt ABŞ biznesmeni, şahzadə Endryunun dostu Cefri İpşteyn tərəfindən qul kimi saxlanaraq, şahzadə ilə üç dəfə cinsi əlaqəyə girməyə məcbur edildiyini iddia edir. Həmin qadın şahzadə ilə cinsi əlaqənin 1999-2002-ci illər arasında London, Nyu-York və İpşteynin Birləşmiş Ştatların Vircin adalarının birindəki şəxsi adasında baş verdiyini deyir.

Bukingem sarayı hazırda York hersoqu kimi tanınan 54 yaşlı şahzadəyə qarşı irəli sürülən ittihamın yalan olduğunu, qətiyyətlə şahzadənin heç bir yetkinlik yaşına çatmayan qızla əlaqəsi olmadığını bildirib.

XS
SM
MD
LG