Accessibility links

Qərb İslamçı qruplara qoşulan vətəndaşlarının pasportlarını ləğv edəcək


Fransa və Almaniya 28 ölkənin Şengen səyahət zonasına daxil olan dövlətlərdir və bu iki dövlət öz vətəndaşlarını müharibədən kənarda saxlamağa çalışır.

Şengen zonasından xaricdə olan Britaniya yanvar ayında hərbi qruplaşmalarla əlaqəsi olan vətnədaşların həbs edilməsi və ya onların pasportlarının ləğvi ilə bağlı qanun qəbul etməyi planlaşdırır. Britaniya vətəndaşlarının müharibə bölgələrinə getməsi və müharibədə olan britaniyalıların geri qayıtması qadağan ediləcək,

Bəzi təhlilçilər isə hazırda İraqda və Suriyada döyüşən xaricilərin əvvəlki nəsllə müqayisədə daha radikal olduğunu deyirlər.

Britaniyanın baş naziri David Kameron xaricilərin Yaxın Şərqdəki konfliktdə iştirakına qarşı mübarizənin davam etməli olduğunu deyib.

Qərblilərin İraq və Suriyadakı radikal qruplaşmalara qoşulması zaman bombaları ilə müqayisə edilir. May ayında Brüsseldəki Yəhudi muzeyinə hücum edərək, 4 nəfəri qətlə yetirən Əlcəzair mənşəli Fransa vətəndaşı Mehdi Nemmoç Suriyada İslamçı yaraqlılarla birlikdə vuruşub və sonradan Avropada hücumlar həyata keçirməyə qalxıb.

Bu hadisə xarici könüllülərin vətənlərinə cihadçı kimi dənmələrinə və İslamçı yaraqlılarla qərbi arasında müharibənin davam etməsinə işarə idi. Avropa hökumətləri kəşfiyyat məlumatları ilə paylaşma və yerli müsəlman əhalisinin monitorinqi kimi məsələlərlə ciddi mübarizəyə qalxıb.

İŞİD sıralarında yüzlərlə Qərb pasportları olan müsəlmanlar döyüşür.
İŞİD sıralarında yüzlərlə Qərb pasportları olan müsəlmanlar döyüşür.

Qərb dövlətlərində narahatlıqlar Brüssel hücumundan əvvəl başlamışdı. Mərkəzi Kəşfiyyat Bürosunun sabiq işçisi Martin Rirdon Qərb ölkələrinə “siz təhlükəyə lazımınca qiymət verməlisiniz” deyə, müraciət etmişdi.

Şəmsəddin Zauqui və Piter Van Ostyen kimi alimlər Suriyada döyüşən qərblilərin öz ölkələrində hücumlar həyata keçirməyəcəklərini deyirlər. New York Times-ın dərc etdiyi məqalədə qərbli döyüşçülərdən əsasən Suriya prezidenti Bəşar Əl-Əsədin rejiminə qarşı mübarizədə istifadə edildiyi deyilir.

Digər təhlilçilər isə bununla razı deyil. Norveçin Müdafiə Araşdırmaları Mərkəzindəki Terrorizmi Təhqiqat şöbəsinin müdiri Tomas Heqhammer 1990 – 2010-cu illərdə əsasən Əfqanıstan və Balkanlara cihadçılarla birlikdə döyüşlərə gedən on qərlidən doqquzunun sinda öz ölkələrində terrorçu olduğunu deyir. Bəzi təhlilçilər isə hazırda İraqda və Suriyada döyüşən xaricilərin əvvəlki nəsllə müqayisədə daha radikal olduğunu deyirlər.

May ayında, Florida ştatında anadan olmuş Məhəmməd Əbusəlha adlı ilk amerikalının Suriya hökuməti qüvvələrinə qarşı intiharçı hücumu həyata keçirməsindən sonra Birləşmiş Ştatlarda narahatlıqlar daha da artdı. 22 yaşlı bu amerikalı bomba hücumunu Suriyanın şimal-qərb bölgəsindəki İdlib şəhərində həyata keçirdi.

Qərbin kəşfiyyat agentliklərini narahat edən ən əsas məsələlərdən biri də İraqa və Suriyaya gedən xarici vətəndaşların kimliyinin məlum olmamasıdır.

Müsəlman əhalisi 5 milyon olan Fransadan 700 müsəlman gəncin Suriyada döyüşdüyü ehtimal edilir.

Suriyada döyüşən avropalı müsəlmanların sayı Əfqanıstanda döyüşən avropalı müsəlmanlarla müqayisədə daha çoxdur. Lakin dəqiq rəqəmi bilən yoxdur. Müsəlman əhalisi 5 milyon olan Fransadan 700 müsəlman gəncin Suriyada döyüşdüyü ehtimal edilir. Britaniya rəsmiləri isə azı 500 müsəlman vətəndaşının cihada yollandığını təxmin edir. Ola bilsin ki. bu rəqəmlər daha yuxarıdır.

“Sufan Qrupu”nun hesabatında qərb ölkələrindən Suriyadakı İslamçı qruplara üç minə qədər insanın qoşulduğunu bildirmişdi. Lakin bu hesabat may ayında, xəlifətin elan edildiyi və Əbu Bəkr Əl-Bağdadinin özünü İslam Dövlətinin lideri elan etdiyi vaxt açıqlanmışdı. Xaricilərin bu qrupa cəlb edilməsi də həmin vaxtdan daha da gücləndi.

XS
SM
MD
LG