Accessibility links

Britaniya həbsxanasında yüzlərlə radikal müsəlman terrorçuluğa cəlb olunub


Qeyri-terror ittihamları ilə həbs edilmiş təxminən 800 dustaq növbəti beş-on il ərzində azadlığa buraxılacaq

Britaniyanın Müdafiə rəsmiləri və Təhlükəsizlik Siyasəti İnstitutunun son hesabatında deyilir ki, Britaniya həbsxanasında yüzlərlə radikal müsəlmanın azadlığa çıxması ilə ölkədə daxili terrorçuluğun yeni dalğası başlaya bilər. Kral Birləşmiş Xidmətlər İnstitutu bildirib ki, qeyri-terror ittihamları ilə həbs edilmiş təxminən 800 dustaq növbəti beş-on il ərzində azadlığa buraxılacaq. Onlar həbsxanada ikən islamçı yaraqlılar tərəfindən terrorçu təşkilata cəlb ediliblər. RUSİ institutun diretoru Maykl Klarka istinadən bildirir ki, yaraqlılar sıralarına cəlb etdiyi insanları genişmiqyaslı hücumlardansa cüzi təlim və vəsait tələb edən hücumlara hazırlayır. RUSİ bu növ hücumların qarşısını almağın çətin olacağını qeyd edib. Lakin Guardian qəzeti məlumat verib ki, Britaniyanın Ədliyyə Nazirliyi hesabatı sual altına alır.

XS
SM
MD
LG