Accessibility links

Referenduma iki gün qalmış britaniyalı seçicilər hələ də qərarsızdır [Video]


Referenduma iki gün qalmış britaniyalı seçicilər hələ də qərarsızdır
please wait

No media source currently available

0:00 0:02:11 0:00

Referenduma iki gün qalmış britaniyalı seçicilər hələ də qərarsızdır

Britaniyanın gələcəyini müəyyən edəcək referenduma iki gün qalır, amma hələ də seçicilərin ölkənin Avropa İttifaqını tərk etməsinin leyhinə və ya əleyhinə səs verəcəyi aydın deyil. Ötən həftə Britaniyanın 28 üzv ölkədən ibarət Avropa İttifaqının tərkibində qalmasını dəstəkləyən parlament üzvünün qətli bəzi seçicilərin fikirlərini dəyişməsinə səbəb olub.

Bazar ertəsi britaniyalı qanunvericilər fasilə verdikləri parlament sessiyasını davam etdirib və Leyboristlər Pariyasından qətlinin siyasi motiv daşıdığı ehtimal edilən parlmanet üzvü Co Koksun xatirəsini yad ediblər. Baş nazir Deyvid Kameron birlik çağırışında Koksun sözlərinə istinad edib.

Dünyanın heç bir yerində buna bənzər hal baş vermir. Burada ölkələri bir araya gətirib Birləşmiş Avropa Ölkələri yaratmağa çalışılır. Bu anti-demokratikdir.
Boris Conson

“Bu gün Conu yad edərək biz onun burada dediklərinin doğru olduğunu göstəririk. Və onun bu sözləri hələ bir çox dəfə burada təkrarlanacaq: Biz əslində bir-birimizə yaxınıq və fərqlərdən daha çox oxşar cəhətləri bölüşürük,” deyə Kameron bildirib.

Avropa İttifaqına üzvlük məsləsəsində Britaniyanın əhalisi də siyasətçilər kimi ikiyə bölünüb. Baş nazir ittifaqdan ayrılmağın əleyhinə çıxış edib, amma onun bəzi mühafizəkar həmkarları iddia edir ki, ölkə suverenliyini böyük hissəsini Brüsselə təhvil verib.

“Dünyanın heç bir yerində buna bənzər hal baş vermir. Burada ölkələri bir araya gətirib Birləşmiş Avropa Ölkələri yaratmağa çalışılır. Bu anti-demokratikdir,” deyə parlametnin mühafizəkar üzve Boris Conson bildirib.

Bir çox britaniyalı Avropa İttifaqının immiqrasiya kvotalarını rədd edir, çünki onlar qorxur ki, miqrantlar ölkənin ictimai təminat sistemini çökdürəcək. Lakin blokdan ayrılmağın iqtisadi ziyanları bundan daha artıq ola bilər.

“İttifaqdan ayrılmağın mənfi təsirləri olacaq, çünki Brianiyanın Avropanın tərkibində olması bir ticari blokun mövcud olması deməkdir. Burada ixrac və idxal etmək asandır. Bundan əlavə isə bir sıra başqa nəticələr də var. Ona görə də, blokdan ayrılmaq məndi addım olacaq,” deyə təhlilçi Mark Mobius bildirib.

Qətlə yetirilmiş parlament üzve Co Koks.
Qətlə yetirilmiş parlament üzve Co Koks.

Obama administrasiyası Britaniyanın Avropa İttifaqı üzvlüyünə dəstəyini bildirsə də, bazar ertəsi Ağ Evin sözçüsü qərarın Britaniya xalqından aslılı olduğunu vurğulayib.

“Britaniya xalqı ölkələrinin maraqlarına ən uyğun olan qərarı verəcək. Amma prezident də Birləşmiş Ştatların maraqlarına uyğun olanı qeyd edib. Bizim iki ölkə arasında yaxın münasibətləri nəzərə alaraq, bunun da vacib olduğuna inanırıq,” deyə Coş Ernest bildirib.

Ən son rəy soğruları göstərir ki, Co Koksun qətlindən sonra ittifaqdan ayrılmaq meylləri bir qədər azalıb. Amma bir çox seçici hələ də qərar verməkdə çətinlik çəkir.

XS
SM
MD
LG