Accessibility links

Britaniya qanunvericiləri Suriyada hərbi əməliyyatlara qatılmaq təklifini nəzərdən keçirir


Britain's Prime Minister David Cameron leaves 10 Downing Street in London, Nov. 26, 2015.
Britain's Prime Minister David Cameron leaves 10 Downing Street in London, Nov. 26, 2015.

Britaniya qanunvericiləri baş nazir Devid Kameronun Britaniyanın Suriyada İslam Dövlətinə qarşı hərbi əməliyyatlara qatılmaq təklifini nəzərdən keçirir.

Kameron təklifi bu gün parlament qarşısında irəli sürüb. Lakin müxalifət Labour partiyasının sədri Ceremi Korbin təklifin əleyhinə çıxış edib. Kameron isə buna cavab olaraq onu və müttəfiqlərini terroristlərin dəstəkləyicisi adlandırıb.

Korbin The Guardian qəzetində çıxan rəy məqaləsində baş nazirin Britaniyanın ABŞ, Fransa, Rusiya və digər ölkələrin hava kampaniyasına qoşulmasının səbəblərinə aydınlıq gətirmədiyini yazıb.

YouGov araşdırma mərkəzinin rəy sorğularına görə, Britaniya vətəndaşlarının Suriyada hərbi əməliyyatlara dəstəyi 2014-cü ilin sentyabr ayı ilə müqayisədə xeyli aşağıdır. Respondentlərin 59 faizi əməliyyatların əleyhinə olduğunu bildirib.

XS
SM
MD
LG