Accessibility links

Britaniya terrorla mübarizəyə dair yeni qanun təqdim olunancaq


"Biz radikal təbliğatçıların ölkəmizə daxil olmaqlarını qadağan etməliyik" - deyə Britaniya baş naziri Deyvid Kameron bildirib

Britaniya baş naziri Deyvid Kameron bildirib ki, Britaniyada təqdim olunancaq terrorla mübarizəyə dair yeni qanun layihəsi cihadçıların Britaniyadakı evlərinə dönməsnin qarşısını ala bilər.

Cənab Kameron bu gün Avstraliyada bildirib ki, bu qanunun məqsədi terror şübhləlilərinin səyahət etməklərinin qarşısını almaq və onlar xaricdə olanda pasportlarını ləğv etməkdir.

“Biz radikal təbliğatçıların ölkəmizə daxil olmaqlarını qadağan etməliyik. Biz məktəblərimizdən, universitetlərimizdən və həbsxanalarımızdan ekstremizmi yığışdırmalıyıq” - deyə cənab Kameron bildirib.

Britaniya baş naziri bu fikirləri Kanberrada Avstraliya Parlamentinə müraciətində bildirib. Cənab Kameron Böyük İyirmiliyin (G 20) liderləri ilə birgə sammitdə iştirak üçün Brisbenə yola düşüb.

XS
SM
MD
LG