Accessibility links

Britaniyada Əmək Partiyasının 13 illik hakimiyyətinə son qoyula bilər


İctimai rəy sorğusu Deyvid Kameronun rəhbərliyi ilə müxalif Mühafizəkarlar Partiyasının azacıq üstünlüyə malik olduğunu göstərir

Böyük Britaniyada ümummilli seçkilərə dair keçirilən sorğu son illərdə rəqiblər arasında ən rəqabətcil mübarizənin getdiyini göstərir. Baş nazir və Əmək Partiyasının lideri Qordon Braun kürsüsünü itirmək təhlükəsi ilə üzləşir ki, bu da onun partiyasının 13 illik hakimiyyətinə son qoya bilər. İctimai rəy sorğusu Deyvid Kameronun rəhbərliyi ilə müxalif Mühafizəkarlar Partiyasının azacıq üstünlüyə malik olduğunu göstərir. Ancaq bu sorğular həmçinin göstərir ki, nə Əmək, nə də Mühafizəkarlar partiyası qələbə qazanmaq üçün parlamentdə əksər çoxluğu əldə edə bilməyəcək. Gənc, xarizmatik Nik Kleqin rəhbəri olduğu Liberal Partiyasının iştirakı mübarizəni bir qədər də qəlizləşdirib. Əmək və Mühafizəkarlar Partiyasının liderlərinin çoxu deyir ki, Liberal Partiyasına verilən səslər yalnız onların hökumət təşkil etməsinə çətinlik yaradacaq.

XS
SM
MD
LG