Accessibility links

Britaniyada dörd terror şübhəlisi saxlanılıb


Britaniyada dörd terror şübhəlisi saxlanılıb
Britaniyada dörd terror şübhəlisi saxlanılıb

Böyük Britaniya polisi əsas terror əməliyyatında əli olmasından şübhələnilən Pakistanla bağlılığı olan 4 nəfəri saxlayıb.

Onlar Birminqhemdə öz evlərində terrorizm və Pakistana gedib orada terrorçu kimi təlim keçmək üçün maliyyə toplamağa çalışdığı vaxt nəzarət altına alınıblar. Həbs olunanların 19-24 yaşları var.

Polis bildirib ki, həbslər əvvəlcədən planlaşdırılmışdı və ictimaiyyət üçün təhlükəli ola biləcək hər hansı əməliyyata ani cavab olmayıb.

Böyük Britaniya rəsmiləri sentyabr ayında davam edən istintaq prosesilə bağlılığı olan 8 nəfəri nəzarət altına almışdı.

XS
SM
MD
LG