Accessibility links

Şahzadə Filip xəstəxanaya aparılıb


Bukinqham sarayı əməlyatın əvvəlcədən planlaşdırılmış diaqnoz əməlyatı üçün xəstəxanaya aparıldığını bildirib

Bekinqem sarayının məlumatına görə Britanya şahzadəsi Filip əvvəlcədən planlaşdırılmış diaqnostik əməliyyatı üçün xəstəxanaya aparılib.

London klinikasına qəbul edilməmişdən əvvəl şahzadə Filip həyat yoldaşı kraliçə Yelizaveta ilə Bekinqam sarayının bağçasında hər ilə düzənlənən tədbirdə iştirak edib.

Saraydan verilən məlumata görə, əməliyyatın keçirilməsi haqda qərar keçən həftə qarın nahiyəsində müayinədən sonra verilib. Bazar ertəsi günü 92 yaşına qədəm qoymuş şahzadə Filipin xəstaxanada iki həftə qalacağı gözlənilir.

London klinikası əməlyatın nə zaman olacağı haqda məlumat verməyib. Bekinqam sarayı şahzadənin vəziyyəti haqda mütəmadi açıqlama veriləcəyini bildirib.
XS
SM
MD
LG