Accessibility links

Bruklinin rusdilli əhalisi Donald Trampı dəstəkləyir [Video]


Bruklinin Brayton Biç məhəlləsinin rusdilli sakinlərinin əksəriyyəti noyabr ayında keçiriləcək seçkidə prezidentliyə Respublikaçı namizəd Donald Trampa səs verəcəklərini deyir. Onlar Trampa heyran qaldıqlarını bildirir və Trampın rəqiblərinin “milli təhlükəsizliyə hədə” adlandırdığı keyfiyyətlərinin səmimi və cəsarətli olduğunu hesab edirlər.

Rusdilli seçicilər Donald Trampı çox sevir, çünki o, siyasətdən kənar adamdır. O, isteblişmenti təmsil etmir. O, darıxdırıcı deyil. O, siyasi doğruluq qaydalarına əməl etmir. O, sadəcə ağlına gələni deyir

Brayton Biçdə hər kəs, taksi şoferləri... restoran sahibləri və adi seçicilər Ari Kaqanı tanıyır.

O, Bruklində 45-ci dairə məclisinin Demokrat lideridir. Brayton Biç Respublikaçıların dayaq nöqtəsi olduğu üçün Kaqan burada asanlıqla arzuolunmaz bir şəxsə çevrilə bilərdi- amma buna baxmayaraq sakinlər ona hörmət edir.

Apreldə baş tutan praymerilər zamanı əhalinin 80 faizi Donald Trampa səs verdi və bu nəticənin noyabr ayında da təkrarlanacağı gözlənilir.

Kaqan deyir ki, “rusdilli seçicilər Donald Trampı çox sevir, çünki o, siyasətdən kənar adamdır. O, isteblişmenti təmsil etmir. O, darıxdırıcı deyil. O, siyasi doğruluq qaydalarına əməl etmir. O, sadəcə ağlına gələni deyir.”

Tramp tərfdarları mədəniyyət və sosial vəziyyət baxımından müxtəlifdir. Bundan əlavə onların Trampı dəstəkləmək səbəbləri də bir o qədər müxtəlifdir.

“Onun öz ideyaları var. Bəzən bu ideyalar adi fikirlərə uyğun gəlməsə də, o düşündüyünü deyir və biz onun güclü bir insan olduğunu hiss edə bilirik. Hillari Klintona gəldikdə isə o elə bil ki, sadəcə Demokrat partiyasının sözçüsüdür,” deyə Bruklin sakini Timur bildirir.

Donald Tramp

Donald Tramp

Lidiya adlı digər bir sakin isə deyir ki, “Trampın biznesmen olması rüşvətxor siyasətçilərdən daha yaxşı olduğunu göstərir. Biznes sahəsində çalışan biri insanların istəklərini daha yaxşı anlayır.”

Demokrat Kaqan isə deyir ki, Tramp təkcə ona mənfəət gətirən şeyləri dilə gətirir. Ancaq o həmçinin Trampın rus icmasını cəlb etməsinin səbəbini də anlayır.

“Ümumiyyətlə, rusdilli diaspora güc həsrəti çəkir. Mən Stalini deyil, sadəcə güclü hakimiyyəti nəzərdə tuturam,” deyə o bildirir.

Əksəriyyətin Trampa səs verəcəyi gözlənsə də, bunu Braytondakı hər kəs etməyəcək.

Ümumiyyətlə, rusdilli diaspora "güclü əl" həsrəti çəkir. Mən Stalini deyil, sadəcə güclü hakimiyyəti nəzərdə tuturam.

“Mən səsverməyə bir sistem olaraq inanmıram. Bir zamanlar kimsə demişdi ki, demokratiya axmaqların fırıldaqçıları seçməsi deməkdir. Elə buna görə də mən anarxistəm. Bütün pis sistemlər içində Amerika sisteminin ən yaxşısı olduğunu qəbul edirəm, amma yenə də bu sistemə inanmıram,” deyə Stas Rabinoviç bildirir.

Bruklinin bu məhəlləsi noyabrda Trampa səs vərə bilər, ancaq buna baxmyaraq ümumilikdə Nyu York ştatı ənəvi olaraq hər zaman Demokratları dəstəkləyir.

XS
SM
MD
LG