Accessibility links

Belçikada həbslər davam edir


Belçikalı dövlət ittihamçıları bildirib ki, polis paytaxtda keçirdiyi 22 reyd nəticəsində 16 şübhəli şəxsi həbs edib. Lakin Paris hadisələrinin əsas səbəbkarı Salah Abdeslam hələ də axtarışdadır.

İttihamçılar deyib ki, reydlər zamanı həbs olunanlardan biri yaralanıb. Reydlərdən 19-u Brusseldə və ətrafında keçirilib.

Mətbuat konfraınsında jurnalistlərin sualllarını cavablandıran Belçika Federal Hakimi Tierri Verts bildirib ki, Paris hücumlarının əsas şübhəlisi Salah Abdeslam hələ də axtarışdadır.

Brusselin metro sistemi və orta məktəbləri terror təhlükələri səbəbindən bu gün də daxil olmaqla üçüncü gündür ki, fəaliyyətini dayandırıb.

Həyata keçirilən təhlükəsizlik tədbirləri belçikalıların özlərinə daha təhlükəsiz hiss etməsinə xidmət etməyib.

Saleh Abdeslamın noyabrın 14-ü Paris hücumlarında 130 nəfəri öldürdükdən və yüzlərlə insanı yaraladıqdan bir neçə saat sonra Belçikaya keçdiyi güman edilir.

Belçika mediası xəbər verir ki, polis şənbə günü dörd nəfəri həbs edib. Lakin federal ittihamçıların idarəsindən bu xəbər barədə heç bir açıqlama verilməyib. Rəsmilər bazar ertəsi günü keçirilən reydlərin şənbə günü ilə əlaqəsi olmadığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG