Accessibility links

Burkina Fasoda yeni lideri İsaak Yakuba Zida olub


Burkina Fasoda uzun müddət hakimiyyətdə olmuş prezidentin istefasının ardınca 24 saatlıq qarışıqlıqdan sonra belə məlum olur ki, ölkədə indi ordunun dəstəklədiyi bir lideri var.

Prezident Qvardiyasında ikinci komandir olan İsaak Yakuba Zida bu gün bəyan edib ki, o, ölkəyə rəhbərliyi öz üzərinə götürür.

Ordu Zidanı dəstəkləyən bəyanat açıqlayıb. Bəyanatı imzalayanlar arasında keçid dövründə liderliyə yiyələndiyini iddia edən ordu komandiri general Honore Traore də olub.

Zidanın təsdiqinədək ABŞ Dövlət Departamenti Burkina Fasoya səyahət xəbərdarlığı qoymuşdu. Xəbərdarlıqda deyilirdi ki, keçid hökumətinin qurulması statusu qeyri-müəyyən olaraq qalır.

XS
SM
MD
LG