Accessibility links

Rumıniyanın baş naziri Viktor Ponta hökumətinin istefa verdiyini bəyan edib.

Baş nazir bəyanatında faciəyə cavabının minlərlə nümayişçinin təhlükəsizliyini təmin edəcəyinə ümid etdiyini bildirib.

Rumıniyanın paytaxtı Buxarestdə minlərlə insan gecə klubunda baş verən yanğından sonra yüksək səlahiyyətli rəsmilərin istefası tələbi ilə nümayiş keçirib.

Yanğın nəticəsində 32 gənc həlak olub. Hadisə 200-dən artıq insanın ciddi şəkildə yaralanmasına səbəb olub.

Əllərində “Korrupsiya öldürücüdür” sözləri yazılmış plakatlar daşıyan nümayişçilər baş nazir Viktor Ponta, baş nazir müavini Qabriel Oprea və Buxarestin merinin istefasını tələb edib.

Şahidlərin dediyinə görə, rok qrupu Goodbye to Gravity-nin konserti keçirilən gecə klubunda atəşfəşanlıq nəticəsində penoplast tavan alovlanıb. 400 insan yanğından xilas olmaq üçün klubun yeganə çıxışına üz tutub.

Rumıniya prokurorluğu klubun 3 sahibini sorğu-suala çəkib.

XS
SM
MD
LG