Accessibility links

San-Fransiskonun asiyalı sakinləri seçim qarşısındadır [Video]


ABŞ əhalisinin 6 faizini asiyalı-amerikalılar təşkil edir ki, bunların çoxu Kaliforniya kimi ştatlarda konsentrasiya edilib. Onların mühacirət, iqtisadiyyat və ABŞ-ın xarici siyasəti ilə bağlı düşüncələri bir-birlərindən xeyli fərqlənir. Bəs bu fərqlər özünü prezident seçkilərində necə büruzə verə bilər?

Öz irsini saxlamağa çalışan yaşlı mühacirlərlə gənclər arasında mədəniyyət fərqi olan San-Fransiskodakı Asiya ənənəsi yaşanır. “Əsas məsələ bizim qəbul edilməmiz, bizim assimilyasiyamız və bizim Amerika mədəniyyətinin bir hissəsi olmamızdır” deyə, Kaliforniya seçki dairəsindən Fiona Ma bildirir.

Koreyalı amerikalılar özlərinin ikili irsini bayram edir. San-Fransiskonun Balaca Sayqon məhəlləsi sakinlərinin narahatlıqlarına Çinin Asiyada rolunun artması da əlavə olunub.

Prezident seçimində iqtisadi məsələlər xüsusi çəkiyə malikdir. İqtisadi vəziyyət sürətlə dəyişdikcə, kirayə pulları da artır. Filippin icmasından Ancelina Qabande: “San-Fransiskoda, Siettldə, Nyu-Yorkda, yəni hər yerdə kirayə qiymətləri artır, lakin bizim qazancımız kifayət etmir.”

Asiyalı-amerikalılar əsasən Demokratlara səs verir və San-Fransiskoda çoxları namizəddə siyasi təcrübənin olmasına əhəmiyyət verir. “Mən Klintona səs verəcəyəm. Mən Trampa səs vermərəm, çünki Hillari Klinton birinci xanım olub. O, sabiq dövlət katibidir və onun təcrübəsi var. Donald Tramp isə kapitalistdir və özündən razıdır” deyə, birmalı mühacir Cou Hu bildirir.

Kiçik Sayqon icmasının nümayəndəsi Toni Nquyen yeni mühacirlər üçün seçimin çətin olduğunu deyir. “Onlar qəzetləri Vyetnam dilində oxuyur, Vyetnam xəbərlərinə baxırlar, onlar nələr baş verdiyini anlamırlar.”

Yerli hökumətlərdə çalışan asiyalı-amerikalılar prezident seçkilərində fəallığa çağırılır. Digər amerikalılar kimi, San-Fransiskonun asiyalı sakinləri də seçim qarşısındadır.

XS
SM
MD
LG