Accessibility links

Qarifuna Flm Festivalı [Video]


Qarifuna Film Festivalı
please wait

No media source currently available

0:00 0:02:31 0:00

Bu yaxınlarda Los-Ancelesdə keçirilən kino festivalında diqqət mərkəzində iki mədəniyyət arasında qalan insanların faciəsi oldu. Beynəlxalq Qarifuna Kino Festivalı öz mədəniyyətini dünyaya nümayiş etdirmək istəyən Mərkəzi Afrikalı şəxs tərəfindən təşkil edilib.

Bu festivalda nümayiş etdirilən filmlərdə Qarifuna xalıqları – yəni Mərkəzi Amerikada bir araya gələn Afrika, Karib və Aravak kimi toplumlardan söz açılır.

Festivalın təşkilatçısı Frida Sideriff da Qarifunadandır. Rejissor və aktyor Ruben Reyes “Garifuna in Peril” – “Qarifuna təhlükədədir” filmini Ali Elli ilə birlikdə çəkib. “Biz Birləşmiş Ştatlara müxtəlif ölkələrdən gəldik və bizim uşaqlarımız amerikalı olmaq istəyir. Lakin biz onlara Qarifunanın vacibliyini başa salanda, onlarda dilə maraq oyandığını görürük.”

Filmdən bir parçanı YouTube-da izləmək olar.

“The Holy Man” –“Müqəddəs insan” filmində Payn-Ricdə yaşayan və Lakota adlanan xalqdan, onların cinayətdə ittiham edilərək, həbsə salınan mənəvi liderləri Duqlas Vaytdan danışılır. Burada rejissorlar yoxsulluğun fonunda zəngin mədəniyyətin olduğunu göstərmək istəyir.

Film ər-arvad komandası, Simon Cozef və Cenifer Cessum tərəfindən çəkilib. “Bu, daha böyük məsələni üzə çıxaran kiçik hekayədədir.”

Rəqqasə Oli Yemisi özünün rəqs qrupunu çəkdiyi “Ritmlər və Bədənin dili” filmində Latın, Karib və Amerika cazını bir araya gətirib.

Çinin Kanton dilində çəkilən “, Red Passage” –“Qırmızı Passaj” filmində tamamilə müxtəlif mədəniyyətdən, 1970-ci illərdəki Honq-Konqda Britaniya solçu koloniyasına məxsus məktəblərdəki radikallıqdan bəhs edilir. Film rejissor Hu Yinin uşaqlıq həyatına həsr edilib. “Belə məktəbdə oxumağa gələn oğlan uşağı özünü tənha və çaşqın hiss edir”, deyə rejissor bildirir.

Festivalın təşkilatçısı Frida Sideroff deyir ki, bəzi filmlərdə diqqət mədəniyyətlərarası münaqişəyə, digərləri isə itmiş dillərə yönəlib. O, həmin dillərin və mədəniyyətlərin qorunub-saxlanmalı olduğunu deyir.

XS
SM
MD
LG