Accessibility links

Doktor Cavad Heyətin səhhətində yaxşılığa doğru inkişaf var [Audio-müsahibə]


Prof. Cavad Heyət

Prof. Cavad Heyət

Amma onun nitqi hələ bərpa olunmayıb. Zülfi Baxşəli ilə müsahibə

Doktor Cavad Heyətin səhhətində bir qədər yaxşılığa doğru inkişaf var, amma ağır olaraq qalır. Bu barədə Cavad Heyətin yaxın qohumu Zülfi Baxşəli Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə Cavad Heyətin nitqi hələ bərpa olunmayıb. “Həkimlər ona hələ danışmağa icazə vermir. Amma o, insanları tanıyır. Həkimlər sağalmasına ümidlidir”.

Z.Baxşəli Azərbaycan rəsmilərindən və ictimaiyyətin Cavad Heyətə böyük diqqətinin ouğunu deyib.

Doktor Cavad Heyət iyulun 7-dən xəstəxanaya yerləşdirilib. O, Bakıda Mərkəzi Gömrük Hospitalında müalicəsini davam etdirir. C. Heyət qansızlıq və pnevmaniya diaqnozu ilə müalicə alır.

Cavad Heyət 1925-ci il mayın 24-də Təbrizdə anadan olub. O cərrah-alimdir. İranda ilk dəfə açıq ürək əməliyyatını (koronar şuntlama) gerçəkləşdirib, Beynəlxalq Cərrahlar Cəmiyyətinin idarə heyətinin və Paris Cərrahlar Akademiyasının üzvüdür. Tehranda Azərbaycan dilində çap edilən "Varlıq" dərgisinin təsisçisi, türkologiyaya aid yeddi cildlik kitabın müəllifidir.

Azərbaycanın müxtəlif universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktorudur.

XS
SM
MD
LG